Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Netanyahu: 12 günlük müharibə hərb tarixinə düşəcək, Tehran səmasını nəzarətə götürmüşdük
  • Dünya
  • Gündəm

Netanyahu: 12 günlük müharibə hərb tarixinə düşəcək, Tehran səmasını nəzarətə götürmüşdük

İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb. Bu barədə İsrailin Baş naziri Benyamin
Cavidan 26 Sentyabr, 2025
68d699ed30f3668d699ed30f37175889457368d699ed30f3468d699ed30f35

İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.

“İran sürətlə böyük nüvə silahı və böyük ballistik raket proqramlarını inkişaf etdirirdi. Bunlar təkcə İsraili məhv etmək deyil, həm də ABŞ-ı təhdid etmək və hər yerdə xalqları şantaj etmək məqsədi daşıyırdı”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, İrana qarşı 12 günlük müharibə hərb tarixinə düşəcək: “Gördüyünüz kimi, İsrail qırıcılarının pilotları Amerikanın B-2 bombardmançı pilotları ilə birlikdə İranın nüvə zənginləşdirmə obyektlərini bombaladılar. Pilotlarımız İranın raket əleyhinə müdafiə sistemlərini zərərsizləşdirərək Tehran səmasını nəzarətə götürdülər”.

Netanyahu ABŞ Prezidenti Donald Trampa cəsarətli və qətiyyətli hərəkətinə görə təşəkkür edib. O vurğulayıb ki, İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb: “Keçən il mən bu yerdə dayandım və bu xəritəni göstərdim. Bu xəritə İranın “terror oxu”nun lənətini göstərir. Bu ox bütün dünyanın sülhünü təhdid edirdi. Bu, regionumuzun sabitliyini və hətta ölkəm İsrailin varlığını təhdid edirdi. İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb”.

Netanyahu diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edilməlidir: “Biz ayıq-sayıq qalmalıyıq. Biz İrana öz hərbi nüvə potensialını, zənginləşdirilmiş uran ehtiyatlarını bərpa etməyə imkan verməməliyik. Bu ehtiyatlar aradan qaldırılmalı və sabah BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edilməlidir”.

Netanyahunun sözlərinə görə, İran xalqı yenidən azadlığa qovuşacaq: “Səbirli İran xalqı yenidən azadlığa qovuşacaq. Onlar İranı yenidən böyük edəcəklər”.

O əlavə edib ki, iki qədim xalq – İsrail və İran xalqları bütün dünyaya fayda verəcək dostluğu bərpa edəcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Diplomat: ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsinə yardım etməyə sadiqdir
Next: Şuşa 31 milyona 12 bina tikiləcək – şirkət məlum oldu

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
6a3bba01aabca6a3bba v
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

Cavidan 24 İyun, 2026
1782288808_thumbsv
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 645)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 1
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 2
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 3
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb CMST4L9dg3uCP1 v 4
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

25 İyun, 2026
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB aj1mmDpj3XS6niqa8Se b 5
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9645) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.