Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Roland Prays: “Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq”
  • Cəmiyyət
  • Gündəm

Roland Prays: “Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq”

Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrastrukturuna investisiya ehtiyacları növbəti 15 il ərzində təxminən 28 milyard ABŞ dolları
Cavidan 22 Sentyabr, 2025
7d662a72-d062-3592-87d7-1dafaf9b2b11_825 v

Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrastrukturuna investisiya ehtiyacları növbəti 15 il ərzində təxminən 28 milyard ABŞ dolları təşkil edəcək.

Bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

Onun sözlərinə görə, kommersiya baxımından həyat qabiliyyətli layihələrin çatışmazlığı və müvafiq olaraq, bu cür böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün məhdud imkanlar mövcuddur.

“Bunlardan 25 milyard ABŞ dolları dəmir yolları üçün, 1,8 milyard ABŞ dolları isə limanların genişləndirilməsi və modernləşdirilməsi üçün tələb olunur. Bu, əlbəttə, mənim əvvəlki fikrimə uyğundur ki, məhz bu yerlərdə “darboğazlar” yaranır. Buraya müxtəlif nəqliyyat növlərinin kəsişmə nöqtələri – dənizdən dəmir yoluna, dəmir yolundan avtomobil nəqliyyatına kimi nöqtələr daxildir”, – R.Prays bildirib.

O qeyd edib ki, məhz burada ləngimələr baş verir və bu məsələləri həll etmək lazımdır:

“Daha bir mühüm problem ondan ibarətdir ki, indi çox sayda ölkələrdən keçməli olursan. Buna görə də dəhlizin istifadəçilərinə keçidi maksimum dərəcədə rahat etmək üçün rəqəmsallaşdırma, prosedurlar və tənzimləmə sahəsində müvafiq yanaşmalar tapmaq vacib nüansdır. Biz dəhlizin inkişafı və gücləndirilməsində çox fəal şəkildə iştirak edirik”.

R.Prays vurğulayıb ki, çoxtərəfli inkişaf banklarının mövcud sorğuları tam ödəmək üçün kifayət qədər vəsaiti yoxdur: “Buna görə də biz tərəfdaşlıq modelini daha çox təkmilləşdiririk, özəl kapitalı cəlb edir və hökumətlərlə məhz bu istiqamətdə işləyirik. Bizim xarici planımız tərəfdaşlıqlar yaratmaq və inkişaf mütəxəssislərini birləşdirməkdən ibarətdir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək – RƏSMİ
Next: Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Bölmənin digər xəbərləri

fbfdc797-b v
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Cavidan 26 İyun, 2026
4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026
Screenshot 2026-06-17 100022
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Cavidan 26 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 1
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 2
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür Screenshot 2026-06-17 100022 3
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

26 İyun, 2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 4
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 5
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.