Skip to content
26 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 130)
  • Dünya (3. 279)
  • Gündəm (11. 464)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

BƏƏ Prezidentinin önəmli səfəri – Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı – ŞƏRH

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycanda rəsmi səfərdə olub. Prezident
Cavidan 17 Sentyabr, 2025

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycanda rəsmi səfərdə olub. Prezident İlham Əliyev onu Füzulidə qarşılayıb.

Ali qonaq Azərbaycanın Qarabağ bölgəsini ziyarət edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.

Qarşılama mərasiminin işğaldan azad edilmiş torpaqda keçirilməsi Azərbaycan, regional və qlobal baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın torpaqlarına sahib olduğunu, işğalçıların havadarları ilə birlikdə xarabazara çevirdikləri bölgələrin yenidən qurulmasını, modern şəhərlərin, infrastrukturun tikilməsini, yerli əhalinin qayıdışının uğurla həyata keçdiyini beynəlxalq səviyyədə nümayiş etdirmək üçün daha bir fürsət idi.

Prezident İlham Əliyev çıxışında BƏƏ ilə münasibətlərə toxunaraq deyib: “Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir”.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Füzulidə qarşılanması Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad olunan bölgələrinin təhlükəsizlik baxımından güvənli olduğunu yenidən təsdiqləyib. Müasir dünyada bunun çox ciddi məsələ olduğunu da vurğulamağa ehtiyac var.

Yeri gəlmişkən, beynəlxalq münasibətlərdə strateji tərəfdaşlığın mahiyyəti aktorlar arasında məqsədyönlü qarşılıqlı əlaqəni, uzunmüddətli, fasiləsiz, sabit xarakterli, qarşılıqlı fundamental maraqların reallaşdırılmasına əsaslanmasında və bir qayda olaraq, ictimai həyatın bütün sahələrində həyata keçirilməsindədir. Bu münasibət taktiki tərəfdaşlıqdan strateji tərəfdaşlığa, həmçinin strateji tərəfdaşlıqdan müttəfiqliyə keçiddir.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrdən danışarkən onu da bildirib ki, Əmirliklərin şirkətləri Azərbaycanın strateji tərəfdaşıdır, əsas investordur: “Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları BƏƏ-nin  bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır”.

Qeyd edək ki, bu səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” də daxil olmaqla 14 sənəd imzalanıb.

Al Nəhyan iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış Bəyannamənin tərəflərin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirdiyini vurğulayıb.

BƏƏ Prezidenti bu əlaqələrin regional mahiyyətindən və əhəmiyyətindən danışarkən bildirib ki, ölkəsi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır: “Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik”.

Bu, BƏƏ Prezidentinin Azərbaycana səfərinin regional əhəmiyyətini təsdiqləyən açıqlama da sayıla bilər.

Əmirlik beynəlxalq aləmdə daha çox ticarət mərkəzlərindən biri olaraq tanınır. Bu baxımdan, Şeyxin səfəri, Azərbaycanla əlaqələrin inkişafı perspektivdə onun Cənubi Qafqazda fəaliyyətinin genişlənməsinə imkan yaradar. Çünki Azərbaycan regionda logistika və infrastruktur xidmətinə malikdir. Digər tərəfdən isə Azərbaycan Asiya ilə Avropanı birləşdirən yolun üzərində etibarlı dövlətlərdəndir. Odur ki, BƏƏ Azərbaycanın regiondakı bu üstünlüyündən faydalana bilər.

Azərbaycanla BƏƏ islam dünyasında, beynəlxalq münasibətlərdə oxşar mövqelərə malikdirlər. Yaxın Şərqdə baş verənlərə münasibətlərində də oxşarlıq var.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əlaqələri həm də islam dövlətləri olaraq beynəlxalq problemlərə yaxın mövqedən yanaşma üçün əlavə fürsət verir.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana, Qarabağa səfərinin bu baxımdan qlobal önəmi olduğu qənaətinə də gəlmək olar. Hər iki dövlət münaqişələrin dinc danışıqlar yolu ilə həllini, əməkdaşlığı qarşıdurmadan üstün tutduqlarını nümayiş etdirirlər.

BƏƏ Prezidentinin bu rəsmi səfəri Azərbaycanın qlobal miqyasda, habelə islam dünyasında, Yaxın Şərqdə nüfuzunun, əhəmiyyətinin göstəricisi sayıla bilər.(Report)

Continue Reading

Previous: İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb
Next: Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Bölmənin digər xəbərləri

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub
  • Dünya

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub

26 Mart, 2026
KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır
  • Dünya

KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır

26 Mart, 2026
Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib
  • Dünya

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib

25 Mart, 2026

Top 7 Xəbər

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur 1

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

26 Mart, 2026
Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib 2

Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib

26 Mart, 2026
Araqçı Azərbayacana təşəkkür etdi 3

Araqçı Azərbayacana təşəkkür etdi

26 Mart, 2026
Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub 4

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub

26 Mart, 2026
KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır 5

KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır

26 Mart, 2026
Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib 6

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib

25 Mart, 2026
Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub 7

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

25 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 130)
  • Dünya (3. 279)
  • Gündəm (11. 464)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9130) Dünya (3279) Gündəm (11464) Kateqoriyasızlar (475) Kriminal (1356) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur 26 Mart, 2026
  • Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib 26 Mart, 2026
  • Araqçı Azərbayacana təşəkkür etdi 26 Mart, 2026
  • Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub 26 Mart, 2026
  • KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır 26 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.