Skip to content
30 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • “Qarabağ”dan Avropada TARİXİ QƏLƏBƏ 
  • Gündəm
  • İdman

“Qarabağ”dan Avropada TARİXİ QƏLƏBƏ 

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. “Eştadiu da Luş” stadionunda
Cavidan 17 Sentyabr, 2025
samt

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb.

“Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geri dönüş yarada bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. “Qarabağ”ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” kollektivini qəbul edəcək.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununda beşinci qol vurulub.

“Eştadiu da Luş” stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda önə keçib – 3:2.

86-ci dəqiqədə Aleksey Kaşuk rəqib diqqət mərkəzinə düşüb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununda dördüncü qol vurulub.

 Ağdam komandası jeanl bərabərləşdirib – 2:2.

48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununda üçüncü qol vurulub.

 “Eştadiu da Luş” stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb – 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununda ikinci qol vurulub.

 “Eştadiu da Luş” stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər – 2:0.

16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab açılıb.

Lissabon şəhərindəki “Da Luş” stadionunda təşkil olunan görüşün 6-cı dəqiqəsində rəqibin heyətində Entso Barrenеçеа fərqlənib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyun başlayıb.

Lissabon şəhərindəki “Da Luş” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

Post navigation

Previous: BƏƏ Prezidentinin Azərbaycana səfəri başa çatdı – GÖRÜNTÜLƏR
Next: Zelenski: Heç bir şərt olmadan Tramp və Putinlə görüşə hazıram

Bölmənin digər xəbərləri

6a92bea czx
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Cavidan 29 Avqust, 2026
Ky6GtZD1sN3qdmN v
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Cavidan 29 Avqust, 2026
6a9285421bbb76a928542 v
  • Dünya

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 033)
  • Dünya (1. 037)
  • Gündəm (3. 328)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (275)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB 6a920f89678VZ 1
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

29 Avqust, 2026
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib 6a92bea czx 2
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust, 2026
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib a4642WJYZFWB6fB v 3
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

29 Avqust, 2026
Sabah Bakıya və rayonlara yağış yağacaq 377fb741-90 V 4
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

29 Avqust, 2026
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Ky6GtZD1sN3qdmN v 5
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3033) Dünya (1037) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (275) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.