Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir
  • Kateqoriyasızlar

Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir

Daxili qoşunların vəzifələri və hüquqları müəyyənləşdiriləcək. Məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında
Cavidan 9 Sentyabr, 2025
1757394129_herrrrrac_0-1

Daxili qoşunların vəzifələri və hüquqları müəyyənləşdiriləcək.

Məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunlar aşağıdakı vəzifələri həyata keçirəcəklər:
–    fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak;
–    mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulması;
–    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki, eləcə də hərbi təchizat anbarlarının və bazalarının mühafizəsi;
–    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi əsasında, habelə xidməti vəzifələrin icrası zamanı aşkarlanmış partlayıcı qurğu və maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi.
Daxili qoşunlar aşağıdakı hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirəcəklər: 
–    ictimai qaydanın qorunması, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması zamanı;
–    kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulması hallarının qarşısının alınması zamanı;
–    qanunsuz silahlı birləşmələrin, terror təşkilatlarının və terror qruplarının, habelə silahlı müqavimət göstərən və silahlı basqın edən şəxslərin zərərsizləşdirilməsi zamanı;
–    dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejiminin təmin edilməsi zamanı;
–    cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınması zamanı; 
–    girovların, zəbt edilmiş binaların və digər tikililərin, qurğuların, ərazilərin və nəqliyyat vasitələrinin azad edilməsi zamanı;
–    mülki hava və ya su nəqliyyatı vasitəsinin, yaxud dəmiryol qatarının zəbt olunması və qaçırılması hallarının qarşısının alınması zamanı;
–    fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılması zamanı;
–    cəlb edildiyi təqdirdə Azərbaycan ərazisinin müdafiəsi zamanı.
Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Qanunla müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunacaq.
Daxili qoşunların hərbi qulluqçularına həvalə edilmiş vəzifələrin icrası ilə bağlı onların qanuni tələblərinin icrası məcburi olacaq.
Bununla yanaşı, daxili qoşunlar vəzifələrinin icrası zamanı aşağıdakı hüquqlara malik olacaqlar:
–    hər bir şəxsdən ictimai qaydaya riayət etməyi tələb etmək, hüquqazidd əməllərin və xidməti vəzifələrinin icrasına mane olan hərəkətlərin qarşısını almaq;
–    daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı hüquq pozuntusu törətmiş, cinayət törətməyə cəhd edən və ya cinayət törətməkdə şübhəli bilinən şəxsləri tutmaq, onların şəxsiyyətini müəyyənləşdirmək, qanunla müəyyən edilmiş qaydada onları polis orqanlarına təhvil vermək, cinayət törətmiş şəxsləri saxlayarkən qanunla müəyyən edilmiş qaydada onların üzərində axtarış aparmaq və əşyalarını yoxlamaq;
–    mühafizə etdikləri obyektlərə qanunsuz daxil olan və ya daxil olmağa cəhd edən şəxslərin üzərində qanunla müəyyən edilmiş qaydada axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq, qanunla müəyyən edilmiş qaydada polis orqanlarına təhvil vermək;
–    mühafizə etdikləri obyektlərə daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamaq;
–    mühafizə etdikləri obyektlərin buraxılış məntəqələrində qanunla müəyyən edilmiş qaydada şəxslərin üzərində axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq;
–    bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə daxil olmaq;
–    bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərinə, ərazilərə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil olmaq;
–    bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərini, əraziləri, binaları və digər tikililəri dövrəyə almaq, əsaslı şübhələr olduqda nəqliyyat vasitələrini yoxlamaq və digər əməliyyat tədbirlərini yerinə yetirmək;
–    qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən, silahdan, döyüş texnikası və xüsusi texnikadan istifadə etmək.
Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Qanunla müəyyən edilmiş polis əməkdaşının hüquqları şamil olunacaq.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Rusiya hökumətinin nümayəndə heyəti Dəməşqdədir
Sonrakı: Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir

Bölmənin digər xəbərləri

vvv
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

Cavidan 13 Oktyabr, 2026
  • Kateqoriyasızlar

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cavidan 12 Oktyabr, 2026
BIjYOFUZ_1200
  • Kateqoriyasızlar

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Cavidan 12 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 274)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (249)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 1
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026
Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək vmeliyOwJuwFHl4oE v 2
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

14 Oktyabr, 2026
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb bL6ZvIjssklf7_1200 3
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib 4
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib

14 Oktyabr, 2026
Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü 5
  • Texnologiya

Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3274) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (249) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 1
  • 65
  • 65
  • 4. 720

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.