Skip to content
25 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 306)
  • Dünya (3. 340)
  • Gündəm (11. 660)
  • İdman (645)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Şahin Mustafayev: “Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub”

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü
Cavidan 8 Sentyabr, 2025

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib.

Bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) çərçivəsində təşkil edilən Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbirində deyib.

O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.

Çinin ticarət nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye, və “yaşıl enerji” sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəricilər haqqında danışıb.

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişaf etdiyini vurğulayıb. Sənaye istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası, qarşıdakı dövrdə istehsalın lokallaşdırılması və texnologiya transferinə xidmət edəcək ortaq layihələr haqqında məlumat verilib.

Energetika nazirinin müavini Elnur Soltanov isə ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin qabaqcıl texnologiyalarının sintezi birgə layihələrin uğurla həyata keçirilməsinə şərait yaratdığını və gələcəkdə enerji keçidi üzrə tərəfdaşlığın daha da genişlənəcəyini bildirib.

Tədbirdə həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Çinin İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Liu Mincyan və Çin İnvestisiya Korporasiyasının Birbaşa investisiyalar departamentinin direktoru Janq Şuo hər iki ölkənin investisiya iqlimi, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə çıxışlar edib, təqdimatlar keçiriblər. Bununla yanaşı, tədbir çərçivəsində keçirilən panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2B görüşlərlə davam edib.

Continue Reading

Previous: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib
Next: Türkiyə Azərbaycana yeni hərbi atteşe TƏYİN ETDİ

Bölmənin digər xəbərləri

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
  • Gündəm

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

25 Aprel, 2026
Bakıda “enerji həftəsi” keçiriləcək
  • Cəmiyyət

Bakıda “enerji həftəsi” keçiriləcək

24 Aprel, 2026
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
  • Cəmiyyət

IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır

24 Aprel, 2026

Top 7 Xəbər

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir 1

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

25 Aprel, 2026
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü 2

İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü

25 Aprel, 2026
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək 3

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

25 Aprel, 2026
Bakıda “enerji həftəsi” keçiriləcək 4

Bakıda “enerji həftəsi” keçiriləcək

24 Aprel, 2026
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır 5

IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır

24 Aprel, 2026
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb 6

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb

24 Aprel, 2026
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb 7

Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb

24 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 306)
  • Dünya (3. 340)
  • Gündəm (11. 660)
  • İdman (645)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9306) Dünya (3340) Gündəm (11660) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2983) Texnologiya (14) İdman (645) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir 25 Aprel, 2026
  • İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü 25 Aprel, 2026
  • Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək 25 Aprel, 2026
  • Bakıda “enerji həftəsi” keçiriləcək 24 Aprel, 2026
  • IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır 24 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.