Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Pakistan Ermənistanı tanıdı – Qarabağın azadlığının İrəvana açdığı yol – ŞƏRH
  • Gündəm
  • Siyasət

Pakistan Ermənistanı tanıdı – Qarabağın azadlığının İrəvana açdığı yol – ŞƏRH

Pakistanın Ermənistanı tanıması, tərəflər arasında diplomatik münasibətlərin qurulması istiqamətində mühüm addım atılıb.Avqustun 31-də Pakistan İslam Respublikasının Baş nazirinin
Cavidan 1 Sentyabr, 2025
serh 3

Pakistanın Ermənistanı tanıması, tərəflər arasında diplomatik münasibətlərin qurulması istiqamətində mühüm addım atılıb.

Avqustun 31-də Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshak Dar ilə  Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar.

İmzalanma mərasimi Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çinin Tianjin şəhərində keçirilib. 

Tərəflər kommünikeni imzalamaqla Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasını təsdiqləyiblər. Hər iki ölkənin hökumətləri bununla BMT Nizamnaməsinə uyğun olaraq, qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüzün qarşısının alınması, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və sülh şəraitində birgə yaşamaq prinsipləri də daxil olmaqla, dostluq münasibətlərini inkişaf etdirməyə çalışacaqlarını bildirirlər.

Məlumata görə, Pakistan və Ermənistan hökumətləri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası, beynəlxalq adi praktikaya uyğun olaraq, diplomatik münasibətlərin qüvvəyə minməsi üçün qarşılıqlı əsasda nümayəndələr mübadiləsi etmək və bir-birinə lazımi dəstək göstərmək barədə razılığa gəliblər.

Kommünike beynəlxalq danışıqların gedişatı, nəticələri, onların ab-havası və əldə olunmuş razılaşmalar haqqında rəsmi məlumat verən diplomatik sənəddir. Bu sənəd iki və ya daha çox ölkə arasında baş tutan görüşlərin yekunu barədə ictimaiyyətə və ya digər dövlətlərə məlumat vermək məqsədi daşıyır. Danışıqların nəticələrini dəqiqləşdirmək, danışıqların gedişatında tərəflərin mövqelərini bildirmək, beynəlxalq münasibətlərdə müəyyən bir məsələdə yekun fikri ifadə etmək də sənədin əsas məqsədləri sırasındadır.

34 ildən sonra Pakistan Ermənistanı bir dövlət olaraq tanıyır, onunla münasibətlər qurumağa başladığını elan edir. Rəsmi İslamabad bu addımı Ermənistanın müstəqilliyinin 34-cü illiyi ərəfəsində atıb.

1991-ci il sentyabrın 21-də SSRİ-nin tərkibindən çıxdığına dair keçirilən referendumun nəticələrinə görə ölkə müstəqilliyini elan edib. Bundan sonra BMT-yə üzv dövlətlərin bir çoxu onu dövlət olaraq tanısa da, Azərbaycanın torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı tanımadı.

Rəsmi İslamabadda hökumətlərin bir-birini əvəz etməsinə baxmayaraq, bu İslam Respublikasının işğal faktına və Ermənistana münasibəti dəyişmədi. Bu baxımdan, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmaqla yanaşı, Ermənistanı tanımayan yeganə ölkə idi.

O ,müxtəlif beynəlxalq təşkilatların tədbirlərində Azərbaycanın haqlı mövqeyini ardıcıl olaraq müdafiə etdi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana verdiyi siyasi və mənəvi dəstəklə o, 30 ilə yaxın müddət ərzində tutduğu mövqeni bir daha təsdiqlədi.  

Dost və strateji tərəfdaş olan Pakistanla qonşu Ermənistan arasında əlaqələrin qurulması Azərbaycan üçün də az önəmli deyil. Rəsmi Bakı ilə İslamabad xarici siyasət məsələlərində mövqelərini uyğunlaşdırır, uzlaşdırırlar. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən Cammu və Kəşmir münaqişəsində Pakistanın mövqeyini müdafiə edir.

Bundan başqa, ticarət, sərmayə qoyuluşu, energetika, müdafiə, təhlükəsizlik, səhiyyə və digər sahələrdə də əməkdaşlıqlar davam etməkdədir.

Bu ilin sentyabrında Pakistanın Azərbaycanda keçirilməsi nəzərdə tutulan xüsusi təyinatlıların “Sonsuz Qardaşlıq” çoxmillətli təlimdə iştirak edəcəyi də əməkdaşlığın genişlənməsini təsdiqləyir. Qeyd edək ki, təlimə Azərbaycan və Pakistanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qətər hərbçilərinin də qatılacağı gözlənilir.

İslamabad Ermənistanla münasibətlərini rəsmi Bakı ilə razılaşdıracağını da dəfələrlə bəyan edib. Odur ki, İslam Respublikası ilə qonşu ölkə arasında kommünikenin imzalanmasına Azərbaycanın razılıq verdiyi istisna edilmir.

Rəsmi Bakının Ermənistanın İslam Respublikası tərəfindən tanımasında oynadığı rol qədər onlar arasında iqtisadi-ticarət, nəqliyyat əlaqələrinin qurulmasında da aparıcı mövqe tutacağı istisna edilmir.

Pakistanın qonşu dövləti tanıması ona Azərbaycanla əlaqələri inkişaf etdirməyə əlavə təkan verməklə yanaşı, Cənubi Qafqazda əməkdaşlıq, iqtisadi-ticarət, təhlükəsizlik məsələlərində İslam Respublikasının iştirakına yardım edəcək. Ermənistan da güclü və etibarlı Pakistanın yardımı ilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirə bilər.  

Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

Dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdıraraq, ölkəsinin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Prezident bunun Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurğulayaraq qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Bu, həm də Hindistanın Ermənistandan Azərbaycana, Türkiyə və Pakistana qarşı Cənubi Qafqazda vasitə kimi istifadə etməyə cəhdinin puça çıxdığı anlamına gəlir. Çünki Azərbaycan və Ermənistan arasında Vaşinqton görüşündə əldə edilən razılaşmalar bəziləri kimi rəsmi Nyu Delhini də xarici siyasi kursuna, o cümlədən Cənubi Qafqazla bağlı məsələlərə yenidən baxmağa vadar edəcək.  

Pakistan da Ermənistana əməkdaşlıq və qarşılıqlı münasibətlərin işğalçılıq, xülya, yersiz, əsassız iddialardan daha faydalı olduğunu ötən 34 ildə göstərib. Beləliklə, Qarabağın işğaldan azad edilməsi Ermənistanın Pakistana da yolunu açdı.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sidneydə avtomobil Rusiya Baş Konsulluğunun qapısına çırpılıb, xəsarət alan var
Sonrakı: Məhkəmə külli miqdarda rüşvət almaqda təqsirləndirilən sabiq hərbi komissarı ev dustaqlığına buraxılıb

Bölmənin digər xəbərləri

Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Cavidan 17 Oktyabr, 2026
BVSpZcyrH8UTPC4Mpmn
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 300)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (237)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Ni14yWlichJYsbfPxGKVaqc b 1
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

17 Oktyabr, 2026
Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq 2
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

17 Oktyabr, 2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib 3
  • Kateqoriyasızlar

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

17 Oktyabr, 2026
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 4
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026
Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 5
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3300) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (237) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 35
  • 33
  • 4. 931

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.