Skip to content
2 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 799)
  • Dünya (3. 161)
  • Gündəm (11. 002)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Gündəm
  • Kriminal

 Aytən Səfərovaya cinayət işi açıldı

Aparıcı Aytən Səfərovanın barəsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, istintaq gedir. Bu barədə Gununsesi.info-nun əldə etdiyi
Cavidan 12 Avqust, 2025

Aparıcı Aytən Səfərovanın barəsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi sənədlərdə qeyd olunub.

Qeyd edək ki, ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə “Hyundai İX-35” markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnmişdi.

Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm “Hyundai İX-35″in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub.

19 yaşlı İsmayıl Məmmədova 8 Noyabr prospektindən Sadıqcan küçəsinə dönərkən yol hərəkəti qaydalarına əməl etməyib – dönməni həm ikinci zolaqdan, həm də qırmızı işıqda yerinə yetirib.

Aytən Səfərovaya gəlincə, ekspertiza rəy verib ki, onun da hərəkətində “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub. Yəni o, sürət həddini aşıb. Ekspertin rəyinə görə, onun bu əməli ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olub. Qanun bu tələbinə əməl etsəydi, hadisənin qarşısını almağa texniki imkanı olardı.

Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib. Hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıb.

İstintaqın sonunda “Hyundai İX-35″in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib.

Aytən Səfərova haqqında da Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb.

Continue Reading

Previous: Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var
Next: Rusiya Ukrayna ordusunun mövqelərinə zərbələr endirib, ölən və yaralananlar var

Bölmənin digər xəbərləri

Prezident Gənclər Günü münasibətilə paylaşım edib
  • Cəmiyyət

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

2 Fevral, 2026
Əziz gənclər, bayramınız mübarək!
  • Cəmiyyət

Əziz gənclər, bayramınız mübarək!

2 Fevral, 2026
Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB
  • Cəmiyyət

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026

Top 7 Xəbər

Prezident Gənclər Günü münasibətilə paylaşım edib 1

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

2 Fevral, 2026
Məktəblərdə qış tətili başa çatdı 2

Məktəblərdə qış tətili başa çatdı

2 Fevral, 2026
Əziz gənclər, bayramınız mübarək! 3

Əziz gənclər, bayramınız mübarək!

2 Fevral, 2026
Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 4

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 5

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

31 Yanvar, 2026
Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 6

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

31 Yanvar, 2026
Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 7

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 799)
  • Dünya (3. 161)
  • Gündəm (11. 002)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8799) Dünya (3161) Gündəm (11002) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezident Gənclər Günü münasibətilə paylaşım edib 2 Fevral, 2026
  • Məktəblərdə qış tətili başa çatdı 2 Fevral, 2026
  • Əziz gənclər, bayramınız mübarək! 2 Fevral, 2026
  • Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 31 Yanvar, 2026
  • Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.