Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • İran XİN Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayıb
  • Dünya
  • Gündəm

İran XİN Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayıb

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan arasında sülhü alqışlayıb. Bu barədə nazirlik açıqlama yayıb.
Cavidan 9 Avqust, 2025
2355d5ec-b9ad-3b09-9aaf-ca772fc679c1_850

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan arasında sülhü alqışlayıb.

Bu barədə nazirlik açıqlama yayıb.

Bildirilib ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülhü alqışlamaqla yanaşı, ümumi sərhədlər yaxınlığında xarici müdaxilənin istənilən forma və növünün mənfi nəticələri barədə xəbərdarlıq edib.

Bəyanatda qeyd olunub ki, İslam Respublikası Cənubi Qafqaz regionundakı cari tendensiyaları diqqətlə izləyir və bu hadisələrlə bağlı hər iki qonşu ölkə – Azərbaycan Respublikası və Ermənistan Respublikası ilə əlaqə saxlayır: “Qafqaz regionunda sülh və sabitlik, şübhəsiz ki, regionun bütün ölkələrinin maraqlarına cavab verir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişi mətninin hazırlanmasının başa çatmasını alqışlayaraq bu hadisəni regionda davamlı sülhə nail olmaq yolunda mühüm addım hesab edir”.

Nazirlik ümumi sərhədlər yaxınlığında regionun təhlükəsizliyini və uzunmüddətli sabitliyini pozan istənilən formada və növdə xarici müdaxilənin mənfi nəticələri ilə bağlı narahatlığını ifadə edib: “İran milli hüquq və maraqlarının təmin edilməsi üçün bütün siyasi, hüquqi, iqtisadi tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, kommunikasiya yollarının qurulması və əlaqə şəbəkələrinin blokdan çıxarılmasının qarşılıqlı maraqlar çərçivəsində, region ölkələrinin milli suverenliyinə və ərazi bütövlüyünə hörmətlə və xarici müdaxilə olmadan həyata keçirilərsə, region ölkələrinin sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcəyini hesab edir”.

Nazirlik İslam Respublikasının “3+3” formatında ikitərəfli və regional əməkdaşlıq vasitəsilə regionda sülh, sabitlik və iqtisadi inkişafı təmin etmək məqsədilə həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sonrakı: Göyçayda zəlzələ olub

Bölmənin digər xəbərləri

Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Cavidan 17 Oktyabr, 2026
6ad22284840ac6ad22v
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 107
  • 95
  • 5. 003

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.