Skip to content
24 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Cəmiyyət

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Mətndə deyilir: “Azərbaycanın mədəni ictimaiyyətinə ağır
Cavidan 4 Avqust, 2025
6cfa4b76-74f1-39d8-a593-3838e9591392_850

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Mətndə deyilir:

“Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.

Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Anar Rzayev

Nəriman Həsənzadə

Kamal Abdullayev

Çingiz Abdullayev

Hacı İsmayılov”.

Post navigation

Previous: Çempionlar Liqası: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli olub
Next: Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-24 115911
  • Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-22 140829
  • Cəmiyyət

Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 133006
  • Cəmiyyət

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Cavidan 22 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 984)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (198)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx Screenshot 2026-08-24 161109 1
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

24 Avqust, 2026
“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib Screenshot 2026-08-24 151828 2
  • Dünya

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

24 Avqust, 2026
UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək Screenshot 2026-08-24 144155 3
  • Gündəm

UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək

24 Avqust, 2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib Screenshot 2026-08-24 115911 4
  • Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

24 Avqust, 2026
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik Screenshot 2026-08-24 112526 5
  • Gündəm

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2984) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (198) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.