Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur
  • Kateqoriyasızlar

DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur

Yol hərəkətində insan həyatının təhlükəsizliyi yalnız sürücülərdən deyil, eyni zamanda piyadalardan da asılıdır. Bu barədə Baş Dövlət Yol
Cavidan 4 Avqust, 2025
a1703e5f-da24-3bf0-8ec4-4394f5f37278_850

Yol hərəkətində insan həyatının təhlükəsizliyi yalnız sürücülərdən deyil, eyni zamanda piyadalardan da asılıdır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə bildirilib.

Məlumata görə, piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması, yolun istənilən hissəsindən keçmək vərdişi və elementar təhlükəsizlik qaydalarına biganə qalması faciələrlə nəticələnən hadisələrin başlıca səbəblərindən biridir:

“Ən təhlükəli məqam ondan ibarətdir ki, bəzi piyadalar qayda pozuntusunu adi hal kimi qəbul edir və bununla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar. İşıqforun qırmızı işığında yolu keçmək, avtomobillərin intensiv hərəkətdə olduğu ərazilərdə ehtiyatsız davranmaq, telefon və digər diqqət yayındıran vasitələrlə hərəkətdə olmaq son nəticədə geri dönüşü olmayan faciələrə səbəb olur. Hər kəs bilməlidir ki, yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəs üçün keçərlidir. Özünü qaydalardan kənar tutan istənilən hərəkət iştirakçısı istər sürücü, istərsə də piyada məsuliyyət daşıyır”.

Müraciətdə qeyd olunub ki, piyadavurma hallarının qarşısını almağın ən sadə, lakin təsirli yolu müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət etməklə və diqqətli olmaqla hərəkət etməkdir:

“Bu sadə prinsiplərə əməl etməyən hər piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Qaxın 15 kəndində işıq olmayacaq
Next: Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Bölmənin digər xəbərləri

1782301v
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

Cavidan 24 İyun, 2026
A6kgJ7FoPd8uuyvrVhOAMyGcEVI8wJAkKATPvwER_1200
  • Kateqoriyasızlar

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm”

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 092356
  • Kateqoriyasızlar

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 900)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 1
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 2
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 3
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 4
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 5
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11900) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.