Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Məhəmməd Fadila: “Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır”
  • Cəmiyyət

Məhəmməd Fadila: “Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır”

Suriyanın elektrik stansiyaları Azərbaycan qazını texniki cəhətdən qəbul etməyə hazırdır. Bunu Suriyanın Dövlət Elektrik Enerjisi İstehsalı üzrə Korporasiyasının
Cavidan 31 İyul, 2025
a555842a-b5c1-364d-9417-e512e67e6cb7_850

Suriyanın elektrik stansiyaları Azərbaycan qazını texniki cəhətdən qəbul etməyə hazırdır.

Bunu Suriyanın Dövlət Elektrik Enerjisi İstehsalı üzrə Korporasiyasının baş direktoru Məhəmməd Fadila bildirib.

Onun sözlərinə görə, elektrik stansiyaları qaz nəqliyyat şəbəkələrinin xidmət işləri tamamlandıqdan, eləcə də Kilis-Hələb qaz kəməri vasitəsilə Türkiyə tərəfinə qoşulduqdan sonra texniki cəhətdən Azərbaycanın “mavi yanacağ”ını qəbul etməyə hazır olacaq.

M.Fadila qeyd edib ki, bu layihə təkcə Suriyada elektrik təchizatı vəziyyətinin yaxşılaşdırılmasına yönəlməyib, həm də ölkənin bərpası və sabitliyin möhkəmləndirilməsi səyləri kontekstində mühüm strateji, iqtisadi və humanitar aspektlərə malikdir.

Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üzrə Dövlət Korporasiyasının baş direktoru Xalid Əbu Dey isə gözləyir ki, layihənin həyata keçirilməsi avqustun 1-dən başlayaraq müxtəlif Suriya əyalətlərində elektrik enerjisinin verilmə saatlarını gündəlik təxminən 10 saata qədər artırmağa imkan verəcək.

Türkiyə və Suriya Energetika nazirlikləri ötən gün Azərbaycan qazının Suriyaya rəsmi tədarükünün 2025-ci il avqustun 2-də başlayacağını elan ediblər. Bu addım Suriya, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq sazişinin bir hissəsi olub.

Suriya Energetika Nazirliyinin məlumatına görə, saziş çərçivəsində Azərbaycandan qaz elektrik stansiyalarının işi üçün nəzərdə tutulmuş gündəlik təxminən 3,4 milyon kubmetr “mavi yanacağ”ın tədarükü planlaşdırılır. Bu, istehsal olunan elektrik enerjisinin həcmini 700-900 meqavat artırmağa imkan verəcək.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü – ŞƏRH
Sonrakı: İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android AnTuTu Apple AzInTelecom Bad Cheese Bankçılıq bazar Birbank Business ChatGPT Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (19)

Xəbər Trendi

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir 1
  • Texnologiya

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir

18 Oktyabr, 2026
Epic Games Store-da iki oyun ödənişsiz oldu Epic Games Store-da iki oyun ödənişsiz oldu 2
  • Texnologiya

Epic Games Store-da iki oyun ödənişsiz oldu

18 Oktyabr, 2026
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 3
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 4
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 5
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 73
  • 71
  • 4. 963

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.