Skip to content
30 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • DİN-də əməliyyat müşavirəsi keçirilib, azad olunan ərazilərdə mövcud əməliyyat şəraiti təhlil edilib
  • Cəmiyyət
  • Gündəm

DİN-də əməliyyat müşavirəsi keçirilib, azad olunan ərazilərdə mövcud əməliyyat şəraiti təhlil edilib

Daxili İşlər Nazirliyində iyulun 25-də işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn
Cavidan 25 İyul, 2025
bbc1f98b-d13c-3350-bbe0-db544b3834c7_850HHN

Daxili İşlər Nazirliyində iyulun 25-də işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib.

Qeyd olunub ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə saxlanılmalıdır.

Müşavirədə xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə geniş yer ayrılıb. Yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.

Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
Sonrakı: Kamboca Müdafiə Nazirliyi: Tailand ölkənin dərinliklərinə hücumu genişləndirir

Bölmənin digər xəbərləri

6cfa4b76 ve9591392_1200
  • Gündəm

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı

Cavidan 30 Oktyabr, 2026
nggDMT68NLs3 j
  • Cəmiyyət

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

Cavidan 30 Oktyabr, 2026
1793358892_tB-copy-2
  • Cəmiyyət

Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır

Cavidan 30 Oktyabr, 2026

Teqlər

Acer Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu biznes Business Cybersecurity Elektromobil Epic Games Store Fraud Detection Home — A Unique Horror Adventure informasiya təhlükəsizliyi innovasiya Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pulsuz Reytinq rəqəmsal iqtisadiyyat Rəqəmsal İmza sahibkarlar Science Sker Ritual smartfon spacex startap Süni intellekt SİMA İmza Texnologiya texnopark Təhlükəsizlik vergi güzəştləri WebTrust for CA World Ödəniş mühiti İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 374)
  • Dünya (1. 104)
  • Gündəm (3. 491)
  • İdman (258)
  • İqtisadiyyat (173)
  • Kateqoriyasızlar (245)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (41)

Xəbər Trendi

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı 6cfa4b76 ve9591392_1200 1
  • Gündəm

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı

30 Oktyabr, 2026
Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib nggDMT68NLs3 j 2
  • Cəmiyyət

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

30 Oktyabr, 2026
Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır 1793358892_tB-copy-2 3
  • Cəmiyyət

Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır

30 Oktyabr, 2026
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb 3ce7fe36-7d87-383 v00 (2) 4
  • Cəmiyyət

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

30 Oktyabr, 2026
Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib Şəxsi məlumatlar mükəmməl CV müqabilində: "Kaspersky" Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib 5
  • Texnologiya

Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib

30 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3374) Dünya (1104) Gündəm (3491) Kateqoriyasızlar (245) Kriminal (307) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (41) İdman (258) İqtisadiyyat (173)

Sayt üzrə statistika

  • 1
  • 732
  • 444
  • 7. 876

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.