Skip to content
24 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsi keçirilib
  • Cəmiyyət

Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş
Cavidan 17 İyul, 2025
c9280dec-1bbd-3c1f-8ade-1c09f1ea1a66_850

Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov cari ilin aprel ayının 18-də Pirallahı, 25-də Nəsimi rayon prokurorluqlarının yeni inzibati binalarının, may ayının 8-də Bakı şəhər prokurorluğunun yeni inzibati korpusunun istifadəyə verilməsi barədə məlumat verib.

Əməliyyat müşavirəsində Baş prokurorun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunmuşdur ki, 2025-ci ilin birinci yarımilıi ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7549 törədilmiş cinayət hadisəsi qeydiyyata alınmışdır ki, onların 92,6 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib.

Qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunub.

Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 130 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 86 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 2722 cinayət işinin istintaqı tamamlanaraq, 2151 iş məhkəmələrə göndərilib.

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9.934.994,14 manat məbləğində maddi ziyanın 5.279.487,65 manatı və ya 53,1 %-nin ödənilməsi təmin edilib.

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.

Hesabat dövründə Bakı şəhər prokurorluğuna 9225 müraciət daxil olaraq baxılmış, ümumilikdə 1214 vətəndaş qəbulu həyata keçirilmiş, onlardan 158 nəfər Bakı şəhər prokuroru tərəfindən qəbul edilib.

“Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsiri xüsusi qeyd olunmaqla, bütün prokurorluq işçilərinin gündəlik fəaliyyətlərində sistemin imkanlarından istifadə etməsi vurğulanıb.

Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində müvafiq tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış qəsdən adam öldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Həmçinin hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunmaları qeyd olunub.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat vermiş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Post navigation

Previous: KİV: Türkiyə İsrailin zərbələrindən sonra Suriyada atəşkəsin təmin edilməsinə kömək edib
Next: Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-24 115911
  • Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-22 140829
  • Cəmiyyət

Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 133006
  • Cəmiyyət

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Cavidan 22 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 984)
  • Dünya (1. 027)
  • Gündəm (3. 306)
  • İdman (221)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (198)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib Screenshot 2026-08-24 115911 1
  • Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

24 Avqust, 2026
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik Screenshot 2026-08-24 112526 2
  • Gündəm

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

24 Avqust, 2026
Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib Screenshot 2026-08-24 104950 3
  • Gündəm

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

24 Avqust, 2026
Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub Screenshot 2026-08-24 095306 4
  • İdman

Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub

24 Avqust, 2026
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb Screenshot 2026-08-24 091737 5
  • Kriminal

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2984) Dünya (1027) Gündəm (3306) Kateqoriyasızlar (198) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (221) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.