Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Mədəniyyət
  • Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
  • Mədəniyyət

Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da
Cavidan 16 İyul, 2025
b4156354-3f07-3190-b438-1e3c5b4a9207_850

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Bakı Kitab Mərkəzində olublar.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonağa mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Bakı Kitab Mərkəzi 2018-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Mərkəz kitab satışına yeni yanaşma gətirərək, Azərbaycan, rus, türk, ingilis və digər dillərdə müxtəlif janrlarda kitablar təqdim edir. Sahəsi 2500 kvadratmetr olan Mərkəzin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri nümayiş olunur. Birinci mərtəbədə, həmçinin “I Love Baku” brendinin, “Azərpoçt” MMC-nin məhsulları, Azərbaycan dilində və xarici dillərdə dünya bestsellerləri, klassik ədəbiyyat, qeyri-bədii əsərlər, incəsənət albomları, turist bələdçiləri, dəftərxana malları və hədiyyələr mövcuddur. Kitab satışına əlavə olaraq birinci mərtəbədə “Coffeemood” adlı kafe fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün xüsusi bölmə, uşaqlar üçün guşə, müxtəlif tədbirlərin keçirilməsi və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş sahələr mövcuddur.

Bakı Kitab Mərkəzində kitabsevərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə imkanlar da var. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, imza saatları, uşaqlar üçün “Oxu” saatları və yaradıcılıq dərnəkləri, beynəlxalq təşkilatlar, eləcə də xarici səfirliklərlə birgə təşkil olunan tədbirlər keçirilir. Müxtəlif yerlərdə quraşdırılmış monitorlarda yeni kitablar haqqında məlumatlar təqdim olunur. Sensor ekranlar vasitəsilə Mərkəzdə mövcud olan bütün kitablar haqqında məlumat əldə etmək mümkündür.

Sonda Bakı Kitab Mərkəzi adından qonağa xatirə hədiyyəsi təqdim olunub.

Post navigation

Previous: Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir
Next: İsrail Müdafiə Qüvvələri Suriya sərhədində xaosa hazır olmadığını bildirib

Bölmənin digər xəbərləri

Screenshot_20260810_150945_com_android_chrome_ChromeTabbedActivity
  • Mədəniyyət

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Cavidan 10 Avqust, 2026
Screenshot 2026-08-03 105315
  • Mədəniyyət

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-01 090519
  • Mədəniyyət

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Cavidan 1 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 999)
  • Dünya (1. 029)
  • Gündəm (3. 312)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib Screenshot 2026-08-25 183819 1
  • Cəmiyyət

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust, 2026
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib Screenshot 2026-08-25 180837 2
  • Cəmiyyət

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

25 Avqust, 2026
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ Screenshot 2026-08-25 171633 3
  • Cəmiyyət

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust, 2026
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Screenshot 2026-08-25 165608 4
  • Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

25 Avqust, 2026
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM Screenshot 2026-08-25 163603 5
  • Cəmiyyət

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2999) Dünya (1029) Gündəm (3312) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.