Skip to content
29 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 326)
  • Dünya (3. 345)
  • Gündəm (11. 678)
  • İdman (647)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“-ov”, “-yev” sonluqlu soyadlar bu hallarda dəyişdirilir – RƏSMİ

Azərbaycanda vətəndaşların sovet dönəmindən qalan “-ov”, “-yev” sonluqlu soyadlarının dəyişdirilməsi məsələsi illərdir ictimai müzakirə mövzusudur. Mövzu ilə bağlı
Cavidan 14 İyul, 2025

Azərbaycanda vətəndaşların sovet dönəmindən qalan “-ov”, “-yev” sonluqlu soyadlarının dəyişdirilməsi məsələsi illərdir ictimai müzakirə mövzusudur.

Mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab verən Ədliyyə Nazirliyindən bildirilib ki, “-ov”, “-yev” sonluqlu soyadların dəyişdirilməsi üçün hüquqi imkanlar mövcuddur.

Nazirlikdən deyilib ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Milli Məclisin 02.02.1993-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. 

Həmçinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının  və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsi əsasında onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Şəxsin soyadının sonluğu dəyişdirildikdə onun vətəndaşlıq vəziyyətinə dair akt qeydlərində (doğumu, nikahı, övladlarının doğumu və sair) soyadının sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə yeni şəhadətnamələr təqdim olunur.

Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum nəzərdə tutulmayıb.
 
Eyni zamanda yenidoğulmuş uşağın doğumunun qeydə alınması zamanı müraciət edən şəxs uşağın soyadının valideynlərin soyadlarına uyğun Milli Məclisin müvafiq Qərarındakı sonluqlardan biri və ya sonluqsuz forma ilə qeyd olunmasını seçə bilər. Hazırda soyadın sonluğunun seçilməsi zamanı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. 

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Continue Reading

Previous: Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb
Next: Sabirabadda dəhşət – Oğul anasını döyərək öldürdü

Bölmənin digər xəbərləri

Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
  • Cəmiyyət

Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb

29 Aprel, 2026
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
  • Dünya

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi

29 Aprel, 2026
Sara Əzimovaya yeni vəzifə verilib
  • Cəmiyyət

Sara Əzimovaya yeni vəzifə verilib

29 Aprel, 2026

Top 7 Xəbər

Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb 1

Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb

29 Aprel, 2026
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi 2

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi

29 Aprel, 2026
Sara Əzimovaya yeni vəzifə verilib 3

Sara Əzimovaya yeni vəzifə verilib

29 Aprel, 2026
Nazir: “Naxçıvanın ölkə iqtisadiyyatında payı artır” 4

Nazir: “Naxçıvanın ölkə iqtisadiyyatında payı artır”

29 Aprel, 2026
Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları – ARAŞDIRMA 5

Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları – ARAŞDIRMA

29 Aprel, 2026
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb 6

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

29 Aprel, 2026
“Prezident Kuboku 2026”: Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək 7

“Prezident Kuboku 2026”: Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək

29 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 326)
  • Dünya (3. 345)
  • Gündəm (11. 678)
  • İdman (647)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9326) Dünya (3345) Gündəm (11678) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2986) Texnologiya (14) İdman (647) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb 29 Aprel, 2026
  • Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi 29 Aprel, 2026
  • Sara Əzimovaya yeni vəzifə verilib 29 Aprel, 2026
  • Nazir: “Naxçıvanın ölkə iqtisadiyyatında payı artır” 29 Aprel, 2026
  • Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları – ARAŞDIRMA 29 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.