Skip to content
11 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 056)
  • Dünya (3. 257)
  • Gündəm (11. 375)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.Ordunun yaradılmasından 107 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti
Cavidan 26 İyun, 2025

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Ordunun yaradılmasından 107 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi.

Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu formalaşdırıldı. Ali Baş Komandan Heydər Əliyevin cəbhə bölgələrinə səfərləri də ordu quruculuğunda mühüm mərhələdir.

1994-cü ilin mayında Ermənistanla atəşkəsin əldə olunmasından sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun – Silahlı Qüvvələr Günü elan olunub.

Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən Müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Azərbaycan əsgəri 30 ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.

Continue Reading

Previous: Bayram günlərində bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ
Next: Prezidentdən 26 İyun PAYLAŞIMI

Bölmənin digər xəbərləri

Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
  • Cəmiyyət

Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır

10 Mart, 2026
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO
  • Cəmiyyət

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO

10 Mart, 2026
Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH
  • Cəmiyyət

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH

10 Mart, 2026

Top 7 Xəbər

Azərbaycan nefti ucuzlaşıb 1

Azərbaycan nefti ucuzlaşıb

11 Mart, 2026
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır 2

Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır

10 Mart, 2026
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO 3

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO

10 Mart, 2026
Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH 4

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH

10 Mart, 2026
Sabah ölkə üzrə pensiyalar ödəniləcək 5

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

10 Mart, 2026
Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək 6

Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək

10 Mart, 2026
Sabah hava yağıntılı olacaq 7

Sabah hava yağıntılı olacaq

10 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 056)
  • Dünya (3. 257)
  • Gündəm (11. 375)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9056) Dünya (3257) Gündəm (11375) Kateqoriyasızlar (471) Kriminal (1346) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (634) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan nefti ucuzlaşıb 11 Mart, 2026
  • Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır 10 Mart, 2026
  • Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO 10 Mart, 2026
  • Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH 10 Mart, 2026
  • Sabah ölkə üzrə pensiyalar ödəniləcək 10 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.