Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
  • Cəmiyyət
  • Gündəm

İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın
Cavidan 18 İyun, 2025
5aab8506-8af4-3b88-9658-34be7bb4866d_850 (1)

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.

İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.

Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.

Eyni zamanda ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir.

Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək”.

Post navigation

Previous: Mütəxəssis yay günlərində uşaqların günvurmadan qorunması üçün valideynlərə müraciət edib
Next: Türkiyə-İran sərhədində təhlükəsizlik tədbirləri artırılıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 130945
  • Cəmiyyət

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 124045
  • Cəmiyyət

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 110419
  • Cəmiyyət

Azərbaycan XİN Uruqvayı təbrik edib

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 990)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq Screenshot 2026-08-25 130945 1
  • Cəmiyyət

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

25 Avqust, 2026
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Screenshot 2026-08-25 124045 2
  • Cəmiyyət

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

25 Avqust, 2026
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib YI5ZNAG9DimuvThIs7zRId0h1AiPfO5V5tilcczq_1200 3
  • Kateqoriyasızlar

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

25 Avqust, 2026
Azərbaycan XİN Uruqvayı təbrik edib Screenshot 2026-08-25 110419 4
  • Cəmiyyət

Azərbaycan XİN Uruqvayı təbrik edib

25 Avqust, 2026
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 101801 5
  • Cəmiyyət

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2990) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.