Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 339)
  • Dünya (3. 347)
  • Gündəm (11. 691)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Gələn il manatın məzənnəsi necə olacaq?

Bu ilin son iş günündə Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərracında 140.3 milyon dollar
Cavidan 30 Dekabr, 2021

Bu ilin son iş günündə Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərracında 140.3 milyon dollar satılıb. Rəsmi kurs dəyişməyib. İki gün öncə keçirilən hərracda isə tələb 120,9 milyon dollar olmuşdu.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yalnız son 10 gündə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda yarım milyarda yaxın dollar satılıb.

“Son 4 hərracda banklar 494.5 milyon dollar alıblar. Belə ki, dekbarın 23-də 130,9 milyon dekabrın 21-də isə 102,4 milyon dollarlıq tələb qeydə alınıb. Dekabr ayında dollara tələbin artması öncədən gözlənilən idi. Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyil, bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər, bayramla bağlı idxala tələb artır. Bu gün Mərkəzi Bank yaydığı bəyanatda manatın gələn ilki proqnozlaşdırılan məzənnəsinə münasibət bildirib: “2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək”. 2022-ci ildə manatın məzənnəsinin necə olacağı ən çox verilən suallardandır. Mərkəzi Bank milli valyutanın məzənnəsinə heç bir təhdid olmadığını bəyan edib”.

Deputat bildirib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutanın məzənnəsində kəskin azalmalar müşahidə olunurdu. Nəticə etibarilə, region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır.

Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Continue Reading

Previous: Azərbaycanda bu xidmət daha 1 il ƏDV-dən azad edilir
Next: Azərbaycan nefti ucuzlaşdı

Bölmənin digər xəbərləri

Nazir: “Naxçıvanın ölkə iqtisadiyyatında payı artır”
  • Gündəm

Nazir: “Naxçıvanın ölkə iqtisadiyyatında payı artır”

29 Aprel, 2026
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
  • Gündəm

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

29 Aprel, 2026
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

24 Aprel, 2026

Top 7 Xəbər

“İqlim haqqında” qanun layihəsi hazırlanıb 1

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 2

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026
Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı 3

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı

30 Aprel, 2026
I sinfə qəbul başlayır 4

I sinfə qəbul başlayır

30 Aprel, 2026
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib 5

Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib

30 Aprel, 2026
Mayın ilk günündə 25 dərəcə isti olacaq 6

Mayın ilk günündə 25 dərəcə isti olacaq

30 Aprel, 2026
“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib 7

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 339)
  • Dünya (3. 347)
  • Gündəm (11. 691)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9339) Dünya (3347) Gündəm (11691) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2986) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “İqlim haqqında” qanun layihəsi hazırlanıb 30 Aprel, 2026
  • Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 30 Aprel, 2026
  • Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı 30 Aprel, 2026
  • I sinfə qəbul başlayır 30 Aprel, 2026
  • Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.