Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: 3 iyunda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM: 3 iyunda baş vermiş tarixi hadisələr

3 iyun 1920-ci ildə bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılığı altında Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini
Cavidan 3 İyun, 2025
1748870376_1 (1)

3 iyun 1920-ci ildə bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılığı altında Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini nəzarətə götürüblər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də Şuşanı yenidən işğal ediblər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkiliblər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçdi.

Bəs, iyunun 3-də dünyada daha hansı hadisələr baş verib?

1. Eramızın 429-cu ilinin bu günündə Vandal german qəbilələrinin kralı Geyzerix öz qoşunları ilə Şimali Afrikaya keçərək orada öz dövlətini qurdu. Bundan 26 il sonra – 455-ci ildə yenidən daha böyük qoşun toplayaraq Aralıq dənizindən keçdi və Romanı işğal etdi.

2. 1785-ci il 3 iyunda fransız konstruktoru Fransua Blanşar Londonda öz ixtirasını – hava şarından tullanmaq üçün paraşütü nümayiş etdirdi. Lakin Blanşar özü ixtirasını şəxsən sınaqdan keçirməyə cəsarət etmədi, bu şərəfi pişiyinə həvalə etdi. Həmin pişiyi 300 metr hündürlüyə qalxan aerostatdan paraşütlə atdılar və o sağ-salamat yerə endi.

3. 3 iyun 1844-cu ildə sonuncu pinguinus impennis cütlüyü öldürülüb.

4. İkinci Dünya Müharibəsi zamanı – 1942-ci ilin 3 iyun tarixində Amerika Birləşmiş Ştatları və Yaponiya arasındakı müharibənin taleyini təyin edən Midvey dəniz döyüşü başladı. Dörd günlük müharibədən sonra Yaponiya 4 təyyarə daşıyıcısı və 332 təyyarəsini itirdi. Bununla ABŞ yaponların Sakit Okeanda irəliləməsinin qarşısını aldı. 

5. 3 iyun 1989-cu ildə Çinin paytaxtı Pekindəki Tyananmen meydanında aprel ayından davam edən fasiləsiz tələbə mitinqləri hərbi güclə yatırdılıb. Milyona yaxın tələbənin etiraz aksiyasını dağıtmaq üçün meydana tanklar yeridilib. Qeyri-rəsmi məlumatlara görə, meydanda mindən çox adam həlak olmuşdu.

6. 1965-ci ilin bu günündə Amerika astronavtı Edvard Uayt açıq kosmosa çıxıb. Bununla o, açıq kosmosa çıxan ilk amerikalı kimi tarixə düşüb. Dünyada isə sovet kosmonavtı Aleksey Leonovdan sonra ikinci olub.

7. 3 iyun 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

8. 3 iyun 1996-cı ildə Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan prezidentləri Boris Yeltsin, Heydər Əliyev, Eduard Şevardnadze, Levon Ter-Petrosyan Kislovodsk şəhərində “Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda Bəyannamə” imzalayıblar. Bu sənədlə “Qafqaz dördlüyü” formatının əsası qoyulub. Amma onun real ömrü olmadı.

3 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Böyük rus təbiətşünası Kliment Timirzayev 1843-cü ilin bu günü anadan olub.(1843-1920)

2. 3 iyun məşhur Avstriya yazıçısı Frans Kafkanın xatirə günüdür.  O 1924-cü ilin bu günündə 41 yaşında dünyasını dəyişib.

3. Tanınmış kinematoqraf, SSRİ Xalq artisti Sergey Gerasimov 1906-cı ilin bu günü dünyaya gəlib. Onun “Sakit Don” bədii filmi dünya kinematoqrafiyasının qızıl fonduna daxil olub (1906-1989).

4. 3 iyun Azərbaycanın görkəmli alimi Firudin Köçərlinin xatirə günüdür. F.Köçərlinin tədqiqatları Azərbaycanda fəlsəfi və ictimai fikir tarixi, etika və estetika məsələlərilə bağlıdır. Onun elmi yaradıcılığında Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və Azərbaycanın digər görkəmli mütəfəkkirlərinin həyat və fəaliyyəti mühüm yer tutur (1920-2005).

5. Bu gün məşhur fransız bəstəkarı Jorj Bizenin xatirə günüdür.“Karmen” operasının müəllifi 3 iyun 1975-ci ildə vəfat edib.

6. 3 iyun böyük türk şairi Nazim Hikmətin xatirə günüdür.  Türkiyə inqilabi poeziyasının banisi olan Nazim Hikmətin yaradıcılığı bütövlükdə XX əsr dünya ədəbiyyatının inkişafına təsir göstərib.  Nazım Hikmət Ran 1961-ci ilin bu günü 61 yaşında Moskvada dünyasını dəyişib (1902-1963).

7. 2016-cı il 3 iyunda boksun unudulmaz adı olan Məhəmməd Əli 74 yaşında vəfat edib.Professional boks həyatı böyu bütün qarşılaşmalarda cəmi 5 dəfə məğlub olan Məhəmməd Əli bütün dövrlərin ən yaxşı boksçusu hesab olunur.

8. Azərbaycan kapitanı, Milli Qəhrəman Eldar Tağızadə 1992-ci ilin bu günündə şəhidlik zirvəsinə yüksəlib.(Bizim.Media)

Post navigation

Previous: “Yeni təkər bazarı”nda yanğın olub
Next: Araz çayında suyun səviyyəsi artıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 153540
  • Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 142826
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 140344
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 993)
  • Dünya (1. 029)
  • Gündəm (3. 311)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib Screenshot 2026-08-25 153540 1
  • Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

25 Avqust, 2026
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL Screenshot 2026-08-25 150832 2
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

25 Avqust, 2026
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB Screenshot 2026-08-25 142826 3
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

25 Avqust, 2026
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 140344 4
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

25 Avqust, 2026
Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq Screenshot 2026-08-25 130945 5
  • Cəmiyyət

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2993) Dünya (1029) Gündəm (3311) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.