Skip to content
2 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 161)
  • Dünya (3. 293)
  • Gündəm (11. 499)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 973)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin
Cavidan 28 May, 2025

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür.

Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Eyni zamanda, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.

Azərbaycan Xalq Cümhuriyyətini (AXC) rəsmən tanıyan ilk dövlət Osmanlı İmperiyası olub (4 iyun 1918-ci il).

1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.

AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz mövcudluğunu cəmi 23 ay qoruya bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qalaraq, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq edildikdən sonra artıq dördüncü dəfədir, Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.

Continue Reading

Previous: Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq
Next: Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Bölmənin digər xəbərləri

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
  • Cəmiyyət

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

2 Aprel, 2026
Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub
  • Cəmiyyət

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

2 Aprel, 2026
Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq
  • Cəmiyyət

Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq

2 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib 1

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

2 Aprel, 2026
Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub 2

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

2 Aprel, 2026
Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq 3

Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq

2 Aprel, 2026
Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb 4

Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

2 Aprel, 2026
ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb 5

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

2 Aprel, 2026
İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur 6

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

2 Aprel, 2026
İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb 7

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

2 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 161)
  • Dünya (3. 293)
  • Gündəm (11. 499)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 973)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9161) Dünya (3293) Gündəm (11499) Kateqoriyasızlar (476) Kriminal (1364) Mədəniyyət (343) Siyasət (2973) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib 2 Aprel, 2026
  • Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub 2 Aprel, 2026
  • Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq 2 Aprel, 2026
  • Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb 2 Aprel, 2026
  • ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb 2 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.