Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İcma: İrəvan Qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin öz yerini alması baxımından əhəmiyyətli addımdır
  • Cəmiyyət

İcma: İrəvan Qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin öz yerini alması baxımından əhəmiyyətli addımdır

Cavidan 24 May, 2025
9651ab8a-c680-3e14-a74b-c52ea1551b9b_850

Qərbi Azərbaycan İcması (QAİ) Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayıb.

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. 

Bəyanatda xatırladılıb ki, İrəvan şəhərindəki Göy Məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib:

“Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılmış, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır”.

Bildirilib ki, İrəvan Qazılığının fəaliyyətinin bərpası dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır:

“Bu qərar, eyni zamanda, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir inkişafdır. Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”.

İcma dünya dövlətlərini, BMT və digər beynəlxalq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu ölkəyə təzyiq etməyə çağırıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb
Next: KİV: ABŞ-nin Cənubi Karolina ştatında atəş açılıb, 11 nəfər yaralanıb

Bölmənin digər xəbərləri

277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026
547d37ae-d642-3 v
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 645)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 1
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 2
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 3
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 4
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb CMST4L9dg3uCP1 v 5
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9645) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.