Skip to content
31 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Sel suları Xaçmazın kəndlərinə ziyan vurub, problemin həlli yönündə işlər görülür
  • Kateqoriyasızlar

Sel suları Xaçmazın kəndlərinə ziyan vurub, problemin həlli yönündə işlər görülür

Cavidan 19 May, 2025
f08630eb-c49b-33a3-b8c6-24e9565611c6_850

Qudyalçay üzərindəki körpünün yararsız vəziyyətə düşməsi 10-a yaxın kəndin Xaçmazın rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

“Report”un Şimal bürosunun məlumatına görə, yağıntılı hava şəraiti ilə əlaqədar Qudyalçayda suyun səviyyəsinin qalxması Xaçmazın Xaspoladoba kəndində bir neçə yaşayış evi üçün ciddi təhlükə yaradıb.

Sel sularının artması nəticəsində evləri qəzalı vəziyyətə düşən kənd sakinlərinin sözlərinə görə, yerli qurumlar tərəfindən çadırlarla təmin olunublar, çıxara bildikləri ev əşyalarını isə qohumlarının evlərinə daşıyıblar.

Evi qəzalı vəziyyətə düşən Valeh Babayev deyib ki, əvvəlki yaşayışlarına qayıtmaq üçün onlara kifayət qədər vaxt və maddi vəsait lazım olacaq:

“Evi artıq təzədən tikməliyik. Sel evin altını, bünövrəsini yuyub aparıb, dam örtüyü də sınıq-sınıq olub. Evin divarları çat verib. İndi qapısı olmayan, kilidi işləməyən çadırda qalırıq. Məktəbli uşaqlarımla soyuq çadırda gecələməli oluruq. Köməyə ehtiyacımız var”.

Kənd sakini Fikrət Əliyev də seldən zərər çəkən sakinlərdəndir. Dediyinə görə, evinin əşyalarını qohumunun kirayə qaldığı evə yerləşdirib:

“Sel suları bağçamıza, evimizin içinə doldu. Evin divarları çatlayıb, qapını sel aparıb. Hər yeri su basıb, çölə çıxa bilmirik. Heç olmasa, hərəkət etməyimizə imkan yaradılsın”.

Bundan başqa, Xaspoladoba kəndi ərazisindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən 10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Xaspoladoba, Qaracəlli, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba, Hacıqurbanoba kəndlərinin sakinləri rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə etməli olurlar.

Kənd sakini Sabir Əmrahov bildirib ki, körpüdən istifadənin mümkün olmaması təsərrüfat işlərinə mənfi təsir göstərir:

“Körpünün qəzalı vəziyyətə düşməsi işimizi çox çətinləşdirib. Təsərrüfat mövsümüdür, əkin-biçinimiz var. Traktoru, kombaynı sahələrə necə keçirək? Uşaqlarmız məktəbə bu körpüdən keçərək gedirdilər. Bu şəraitdə iki kilometr yolu getməkdən ötrü on beş kilometr məsafə qət etməyə məcbur oluruq”.

Bəhs olunan məsələ ilə bağlı Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu “Report”un yerli bürosuna bildirib ki, problemin aradan qaldırılması istiqamətində işlər aparılır:

“Ümumilikdə rayonun 6 inzibati ərazi vahidliyində 365 hektar kənd təsərrüfatlı torpaqlarını sel suları basıb.

Eyni zamanda, sel sularından zərər çəkmiş 98 ev və həyətyanı sahələrə də baxış keçirilib. Körpülərə gəldikdə isə hərəkət təhlükəsizlik baxımından müvəqqəti olaraq məhdudlaşdırılıb.

Fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq”.

Post navigation

Previous: Sabah Şirvan və Hacıqabulda qaz olmayacaq
Next: Emin Əmrullayev Londonda keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir

Bölmənin digər xəbərləri

6a920f89678VZ
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

Cavidan 29 Avqust, 2026
cSbeaGkhvXU090l4 v
  • Kateqoriyasızlar

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cavidan 28 Avqust, 2026
YI5ZNAG9DimuvThIs7zRId0h1AiPfO5V5tilcczq_1200
  • Kateqoriyasızlar

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 036)
  • Dünya (1. 038)
  • Gündəm (3. 328)
  • İdman (226)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (276)
  • Mədəniyyət (93)
  • Siyasət (403)
  • Texnologiya (15)

Xəbər Trendi

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq gorus 1
  • Siyasət

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

31 Avqust, 2026
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər ZnscHtHvcMX6 cc 2
  • Cəmiyyət

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

31 Avqust, 2026
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib vcrMyLIl9JHkUe v 3
  • Siyasət

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

31 Avqust, 2026
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ mvJ2yXp0vI5lPRfK v 4
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

31 Avqust, 2026
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib vcrMyLIl9JHkUe v 5
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

31 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3036) Dünya (1038) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (276) Mədəniyyət (93) Siyasət (403) Texnologiya (15) İdman (226) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.