Skip to content
22 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 481)
  • Dünya (3. 377)
  • Gündəm (11. 790)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Mübahisəli cərimələr – Vətəndaşlar nə etməli?

Cavidan 17 May, 2025

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.

Bununla əlaqədar İTV süjet hazırlayıb.

Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”. 

Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.

Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.

Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.

Ətraflı İTV-nin videomaterialında:

Continue Reading

Previous: Bakıda klassik avtomobillərin sərgisi keçirilir
Next: Gələn həftə bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • Cəmiyyət

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

22 May, 2026
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
  • Cəmiyyət

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

22 May, 2026
İslam Rzayev haqda – Yeni qərar
  • Cəmiyyət

İslam Rzayev haqda – Yeni qərar

22 May, 2026

Top 7 Xəbər

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür 1

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

22 May, 2026
“Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?” 2

“Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?”

22 May, 2026
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək 3

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

22 May, 2026
İslam Rzayev haqda – Yeni qərar 4

İslam Rzayev haqda – Yeni qərar

22 May, 2026
Naxçıvana uçuşlar bərpa edildi 5

Naxçıvana uçuşlar bərpa edildi

22 May, 2026
Vəzifəli şəxs vəfat etdi – Foto 6

Vəzifəli şəxs vəfat etdi – Foto

22 May, 2026
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub 7

Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 481)
  • Dünya (3. 377)
  • Gündəm (11. 790)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9481) Dünya (3377) Gündəm (11790) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür 22 May, 2026
  • “Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?” 22 May, 2026
  • Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək 22 May, 2026
  • İslam Rzayev haqda – Yeni qərar 22 May, 2026
  • Naxçıvana uçuşlar bərpa edildi 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.