Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BDU-nun rektoru: Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır
  • Cəmiyyət
  • Gündəm

BDU-nun rektoru: Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır

Cavidan 15 May, 2025
elcin-babayev

Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır.

Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat xalqın maariflənməsində, milli kimliyin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb:

“Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ölkəmizdə media və jurnalistika sahəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu yubiley yalnız keçmişə bir baxış deyil, eyni zamanda, mütərəqqi jurnalist nəslinin formalaşmasına, gənc qələm sahiblərinin ruhlandırılmasına verilmiş böyük töhfədir”.

Rektor Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafındakı rolunu xüsusi vurğulayıb:

“Məhz onun rəhbərliyi ilə Azərbaycanda mətbuat üzərində senzura ləğv olundu. Bu, təkcə bir inzibati qərar deyildi, demokratik dəyərlərə, söz və fikir azadlığına verilən önəmin göstəricisi idi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də media sahəsinin inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, media qurumlarının maddi-texniki və hüquqi bazası gücləndirilib, jurnalistlərin fəaliyyətinə əlverişli şərait yaradılıb. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Düzgün və operativ informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının qarşısının alınmasında jurnalistlərimizin rolu əvəzsiz oldu”.

E.Babayev qeyd edib ki, bugünkü dövrdə medianın müasir çağırışlara uyğunlaşması mühüm əhəmiyyət kəsb edir:

“Yeni dövr yeni yanaşma tələb edir. Bizim əsas hədəfimiz bu çağırışlara cavab verən, peşəkar və vətənpərvər yeni media kadrlarının hazırlanmasıdır. Bakı Dövlət Universitetində bu istiqamətdə əhəmiyyətli addımlar atılır. Yerli media qurumları ilə geniş əməkdaşlıq həyata keçirilir, tələbələrimiz müasir təlim metodları ilə təhsillərini davam etdirirlər. Əminik ki, bu ənənələr gələcəkdə daha da möhkəmlənəcək və Azərbaycan mediası dünya miqyasında öz layiqli yerini daha da möhkəmləndirəcək. Media və jurnalistikada müasir çağırışlara uyğunlaşması vacibdir. Bizim əsas hədəfimiz isə müasir çağırışlara cavab verən yeni kadrların hazırlanmasıdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Paşinyan Albaniyaya işgüzar səfərə yollanıb
Next: Azərbaycanda 16 yaşlı qız 33 yaşlı kişiyə ərə verilir

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.