Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Almaniya səfiri: “Avropanın “yaşıl enerji” transformasiyasında Azərbaycanın rolu artır”
  • Cəmiyyət
  • Gündəm

Almaniya səfiri: “Avropanın “yaşıl enerji” transformasiyasında Azərbaycanın rolu artır”

Cavidan 13 May, 2025
f36df79b-6582-3f22-91be-9ba0ed6675d2_850

Avropanın “yaşıl enerji” transformasiyasında Azərbaycanın rolu getdikcə daha əhəmiyyətli xarakter daşıyır.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azerbaijan”) iclasında bildirib.

“Ölkələrimiz arasında iqtisadi əlaqələri gücləndirmək vacibdir. Bu kontekstdə xüsusilə Avropanın “yaşıl iqtisadiyyat”a doğru enerji transformasiyasında Azərbaycanın artan rolunu vurğulamaq lazımdır. Almaniya şirkətlərini bu əməkdaşlığın inkişafında daha fəal iştirak etməyə çağırıram”, – diplomat qeyd edib.

Tədbirdə palatanın üzvlərinin sayının 21 şirkət artaraq 194-ə çatdığı bildirilib.

“AHK Azerbaijan”ın icraçı direktoru Nargis Vik palatanın həm Azərbaycanda, həm də Almaniyada iqtisadi artıma töhfə verən ikitərəfli layihələrin və strateji tərəfdaşlıqların təşviqinə sadiqliyini vurğulayıb.

Azərbaycanın enerji planlarına əsasən, 2027-ci ilə qədər ölkədə ümumi qoyuluş gücü təxminən 2 QVt olan 8 günəş və külək elektrik stansiyasının tikintisi planlaşdırılır. Bu layihələrə həm xarici, həm də daxili mənbələr hesabına investisiya qoyuluşu 2,8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Layihələrin həyata keçirilməsi ildə təxminən 5,3 milyard kVt/saat “yaşıl enerji” istehsal etməyə, enerji sistemində bərpa olunan enerji mənbələrinin payını 32,6 %-ə çatdırmağa, ildə 1,2 milyard kubmetr qaza qənaət etməyə və istixana qazı emissiyalarını 2,5 milyon ton azaltmağa imkan verəcək.

Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünü 7 QVt-a çatdırmağı və bu həcmin 5 QVt-nı ixrac etməyi planlaşdırılır.

Post navigation

Previous: Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Next: Azərbaycanın yeni hərbi prokuroru təyin edilib – SƏRƏNCAM

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-24 184926
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 180922
  • Cəmiyyət

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 161109
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 986)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (199)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb Screenshot 2026-08-24 184926 1
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

24 Avqust, 2026
Ukrayna Hikmət Hacıyevi təltif etdi Screenshot 2026-08-24 180922 2
  • Cəmiyyət

Ukrayna Hikmət Hacıyevi təltif etdi

24 Avqust, 2026
Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar Screenshot 2026-08-24 170453 3
  • Kateqoriyasızlar

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

24 Avqust, 2026
Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx Screenshot 2026-08-24 161109 4
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

24 Avqust, 2026
“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib Screenshot 2026-08-24 151828 5
  • Dünya

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2986) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (199) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.