Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Samir Rzayev: “AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır”
  • Cəmiyyət

Samir Rzayev: “AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır”

“Azərbaycan Hava Yolları” QSC (AZAL) hazırda genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır. Bunu AZAL-ın prezidenti Samir
Cavidan 13 May, 2025
6046419c-cbe5-3b8e-a703-875030126794_850

“Azərbaycan Hava Yolları” QSC (AZAL) hazırda genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır.

Bunu AZAL-ın prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025”də deyib.

Onun sözlərinə görə, bu sənəd dayanıqlı infrastruktur, ağıllı hava limanı, bərpa olunan enerji həlləri, “yaşıl maliyyə” və şəffaf emissiya hesabatlılığına əsaslanır: “Yanaşmamız məlumatlara əsaslanan, sistematik və həm makro, həm də mezo səviyyəli təhlillərlə formalaşır. 2021-ci ildən etibarən AZAL Dayanıqlılıq Hesabatları dərc edir. Bunun ardınca biz indi 2024-cü il üçün daha ətraflı, məlumat yönümlü və tam emissiya qiymətləndirmələrini əhatə edən Dayanıqlılıq Hesabatını hazırlayırıq. Bu addım dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, enerji keçidi və ESG hesabatlılığı istiqamətində öhdəliklərimizi daha da möhkəmləndirəcək”.

O qeyd edib ki, AZAL Dayanıqlı Aviasiya Yanacağı (SAF) sahəsini əsas dekarbonizasiya istiqaməti kimi qiymətləndirir: “Qlobal SAF bazarları hələ formalaşma mərhələsində olsa da, AZAL “RefuelEU” təşəbbüsünə uyğunlaşır və hazırda region daxilində SAF istehsalı və təchizatı potensialını qiymətləndirir. Məqsədimiz SAF geniş istifadəyə veriləndə, infrastrukturumuz və tənzimləyici mühitin buna tam hazır olmasıdır. Bu transformasiyanı maliyyələşdirmək üçün biz maliyyə qurumları və inkişaf tərəfdaşları ilə fəal əməkdaşlıq edirik. “Yaşıl maliyyələşmə” mexanizmləri, o cümlədən dayanıqlılıqla əlaqəli istiqrazlar və dövlət-özəl tərəfdaşlıq çərçivələri vasitəsilə təmiz enerji layihələrini və uzunmüddətli iqlim ağıllı investisiyaları təşviq edirik”.

S.Rzayev əlavə edib ki, bu səylər əməliyyat və ekoloji hədəflərə çatmaq üçün dəqiq yol xəritəsi əsasında həyata keçirilir: “Torpaq əməliyyatlarının elektrikləşdirilməsi, hava limanlarımızda bərpa olunan enerji mənbələrinin tətbiqi və enerji səmərəliliyini artıran rəqəmsal sistemlərin inteqrasiyası prioritet istiqamətlərimizdir. Enerji sahəsinə yönəlmiş təşəbbüslərlə yanaşı, biomüxtəliflik və ekosistemlərin qorunması da strategiyamızın əsas hissəsidir. AZAL hava limanı ərazilərində və ətrafında 90 minə yaxın ağac və geniş yaşıllıq sahələrini qoruyur. Bu, təbii yaşayış mühitlərinin və ekoloji balansın qorunmasına verdiyimiz əhəmiyyətin göstəricisidir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 67 dolları ötüb
Next: Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 112302
  • Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Cavidan 27 İyun, 2026
RFrFrQEtf5UcsefdgZSln5Xb
  • Cəmiyyət

Ukrayna Volqoqradda “Titan-Barrikadı” zavoduna zərbə endirib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.