Skip to content
22 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 482)
  • Dünya (3. 377)
  • Gündəm (11. 790)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Bakıda “Nine Senses Fest 2025” başlayır
  • Cəmiyyət

Bakıda “Nine Senses Fest 2025” başlayır

Bakıda mayın 2-də “Nine Senses Fest 2025” başlayır. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti
Cavidan 30 Aprel, 2025

Bakıda mayın 2-də “Nine Senses Fest 2025” başlayır.

Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ikinci dəfə keçirilir.

Festival “Ənənədən hərəkətə” şüarı altında qədim bilikləri müasir yanaşmalarla birləşdirir və iştirakçılara yoqa və meditasiya sessiyaları, konsertlər və musiqi terapiyası, sufi və şərq fəlsəfəsi, artterapiya və qadın enerji sessiyaları, “Made in Azerbaijan” yarmarkasını vəd edir.

Belə ki, şəfəqdə başlanan günəş salamları, sufi praktikaları, nəfəs məşqləri, yoqa nidra və Şivananda yoqası ilə iştirakçıların bədəni və zehni yenilənəcək. Bharat Thakur, Sudhakar Dass və Nandan Qautam kimi dünya miqyaslı ustalar prosesə rəhbərlik edəcək. Eyni zamanda Çingiz Mustafayevin canlı çıxışları da baş tutacaq. Sufi rəqsləri, sema ayinləri, sufi musiqi terapiyası, qədim Çin və slavyan təbabəti ilə tanışlıq, bunların hamısı iştirakçılara daxili ahəngi tapmaqda kömək edəcək.

Bunlarla yanaşı, neyroqrafika, aromaterapiya, qadın çevrələri, Ebru sənəti və səs terapiyası ilə bədii və emosional potensialın kəşfinə təkan verəcək. “Made in Azerbaijan” yarmarkası isə 200-dən çox yerli brend öz məhsullarını təqdim edəcək.

Qeyd edək ki, festivalda özünü yenidən kəşf etmək istəyən hər kəs, sağlam həyat tərzi ilə maraqlananlar, meditasiya, yoqa və şəxsi inkişaf praktikasına açıq olanlar, yerli brendlərlə tanış olmaq istəyən ziyarətçilər eləcə də sadəcə ruhunu dincəltmək, musiqi və təbiət ilə vəhdət yaşamaq istəyənlər iştirak edə bilərlər.

Tədbirin təşkilatçıları hər kəsi öz daxili səsini eşitməyə, bədənini hərəkətə gətirməyə və ruhuna toxunmağa dəvət edir.

Biletlər satışdadır və bu keçiddən əldə etmək mümkündür.

Ətraflı proqram və iştirakçılarla tanış olmaq üçün festivalın rəsmi saytına daxil olmaq lazımdır.

Tədbir mayın 4-dək davam edəcək.

Continue Reading

Previous: Baş nazir süni intellekt strategiyası ilə bağlı QƏRAR İMZALADI
Next: İranın Şəhid Rəcai limanında təxribat və ya sabotaj versiyaları təsdiqlənməyib

Bölmənin digər xəbərləri

18 kəndə qazın verilişi DAYANDIRILACAQ
  • Cəmiyyət

18 kəndə qazın verilişi DAYANDIRILACAQ

22 May, 2026
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • Cəmiyyət

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

22 May, 2026
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
  • Cəmiyyət

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

22 May, 2026

Top 7 Xəbər

18 kəndə qazın verilişi DAYANDIRILACAQ 1

18 kəndə qazın verilişi DAYANDIRILACAQ

22 May, 2026
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür 2

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

22 May, 2026
“Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?” 3

“Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?”

22 May, 2026
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək 4

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

22 May, 2026
İslam Rzayev haqda – Yeni qərar 5

İslam Rzayev haqda – Yeni qərar

22 May, 2026
Naxçıvana uçuşlar bərpa edildi 6

Naxçıvana uçuşlar bərpa edildi

22 May, 2026
Vəzifəli şəxs vəfat etdi – Foto 7

Vəzifəli şəxs vəfat etdi – Foto

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 482)
  • Dünya (3. 377)
  • Gündəm (11. 790)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9482) Dünya (3377) Gündəm (11790) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • 18 kəndə qazın verilişi DAYANDIRILACAQ 22 May, 2026
  • Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür 22 May, 2026
  • “Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?” 22 May, 2026
  • Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək 22 May, 2026
  • İslam Rzayev haqda – Yeni qərar 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.