Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Müşfiq 10 yaşından qisasla böyüyübmüş: “Qan fışqıranda həzz alırdım…”
  • Kriminal

Müşfiq 10 yaşından qisasla böyüyübmüş: “Qan fışqıranda həzz alırdım…”

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı
Cavidan 29 Aprel, 2025
1745922225_1745918638.ae60e618b53495f6de6039ccdbc91a71-1

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı məlum olub.

MüşfiqTağıyev 26 ildir bu cinayətin qisası ilə yaşadığını bildirib.

Hadisə 2023-cü il oktyabrın 28-də Corat bağları yaşayış massivində baş verib. Fərdi yaşayış evlərinin birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və atası Dağbəyi Fərəcov ölüb. S.Karakaşın anası Tərlan Fərəcova, həyat yoldaşı Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisəni törədən zaman 36 yaşı olan Müşfiq deyib ki, 10 yaşı olanda qonşusu Anar Fərəcov tərəfindən əxlaqsız hərəkətə məruz qalıb. Onun sözlərinə görə, Anar onu zorlamağa cəhd edib. Anarın əlindən qaçmağı bacardığını deyən Müşfiq həmin gündən qisas hissi ilə yaşadığını söyləyib: “Anar bu hərəkəti etməsəydi, mənim də ailəm, uşağım olacaqdı. Bu nifrətlə 26 il yaşamışam. Uşaq vaxtı da dəfələrlə Anarın üzünə “kislota” tökmək istəmişəm. Həmin “kislota” hələ də evdədir. Amma Anarı tək tuta bilmədim. Bunun üçün gücüm də yox idi”.

Müşfiq ifadəsində pul yığıb barıt aldığını, bu hadisəyə hazırlaşdığını bildirib: “Həmişə şərəflə yaşamışam. Amma 26 il sonra dözə bilmədim. Barıt, benzin aldım. Anargilin evində kamera olduğunu bilirdim. İstəyirdim ki, Anar baş verənləri kamera görüntülərindən izləsin. Məqsədim uşaqlardan başqa hər kəsi öldürmək idi. Qonaq da olsa, sağ adam buraxmayacaqdım”.

Müşfiq əvvəlcə partlayış və yanğını törədib. Sonra qapının qarşısında dayanıb və evdən çıxan şəxsləri öldürməyə başlayıb: “Bütün kəmərim patronla dolu idi. Patronlar da, silah da mənə atamdan qalmışdı. Birinci Susananı vurdum. Arxasınca Serkan gəldi. Sonra da Dağbəyini vurdum”.

Müşfiq deyib ki, evdə olan şəxslərdən başqa heç kimi vurmaq niyyəti olmayıb. O, iki nəfər qonşunu bilmədən yaraladığını deyib. Əlavə edib ki, hadisə vaxtı başqa şəxsləri görsə də, onlara atəş açmayıb. Ətrafda insanların toplaşdığını görən Müşfiq oradan qaçıb.

Hadisəni törədəndən sonra atasının məzarını ziyarətə gedən Müşfiq o an yaşadıqlarını belə danışıb: “Atamın ruhuna baş verənləri danışdım. Məqsədim tutulmamaq idi. Tutulmasaydım, Anarı da öldürəcəkdim”.

Məzarlıqdan evə gedən Müşfiq iki gün orada qalıb. Hadisə barədə xəbərləri televiziyadan izləyib.

Müşfiq dindirilən zaman niyə qisasını Anarın ailəsindən aldığını belə izah edib: “Anarı sonuncu dəfə 2012-ci ildə görmüşəm. Sonra onu görmədim. Hansı ölkəyə getdiyini bilmədim”.

Suallara cavab verən Müşfiq bu cinayətə tam olaraq 2020-ci ildən hazırlaşdığını bildirib. O, basqına gedən zaman üzərində bir neçə bıçaq, xəncər, odlu silah, 7 litr benzin və 1 kiloqramdan çox barıt olub.

Əməlindən qəti olaraq peşman olmadığını deyən Müşfiq əlavə edib ki, başqa heç bir qisas onu sakitləşdirə bilməzmiş.

Müşfiqin ifadəsinin bəzi hissələri isə tükürpədicidir. O, ilk olaraq Susananı vurmasından necə həzz aldığını istintaqda belə danışıb: “Susananı vuranda boğazından qan fışqırdı. Mənim üçün çox böyük həzz oldu. Məqsədim Susananın övladlarının ağlayışlarını, hayqırışlarını görmək və ailənin bütün üzvlərini öldürmək idi. Uşaqların “ana, ana” deyərək qışqırmasından həzz alırdım”.

Bütün cinayəti əvvəlcədən planlaşdıran Müşfiq deyib ki, evi yandırmaqda məqsədi evdəkilərin həyətə çıxmasına nail olmaq olub. O, qapının qarşısında dayanaraq çıxan şəxslərə bir-bir atəş açmağa başlayıb. İlk çıxan 3 nəfəri öldürüb.

Bu dəhşətli əməlləri törədən Müşfiq Tağıyev ömürlük azadlıqdan məhrum edilib.(Musavat)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Gürcüstan prezidenti Ermənistanla Azərbaycanı sülhə çağırdı
Next: Hələ də iddialı Koçaryan – Bakıda onun boş qalan yeri – ŞƏRH

Bölmənin digər xəbərləri

1782306181 b
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 092159
  • Kriminal

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-22 162220
  • Kriminal

Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Cavidan 22 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.