Skip to content
20 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • “Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq” – Prezident
  • Gündəm
  • Siyasət

“Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq” – Prezident

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı
Cavidan 21 Aprel, 2025
5aab8506-8af4-3b88-9658-34be7bb4866d_850

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Zati-həzrətləri,

Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası, Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.

Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.

Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdır.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.

Bu ağır itkinin kədərini bölüşür, Sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah 27 dərəcə isti olacaq
Sonrakı: Növbəti iki ayda IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək

Bölmənin digər xəbərləri

1792480940_yrehs8usr v
  • Gündəm

Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi

Cavidan 20 Oktyabr, 2026
EhCcDGqqSPNuhNeJay b
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

Cavidan 20 Oktyabr, 2026
6ad5fd84067396ad5fd8406 v
  • Dünya

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

Cavidan 19 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom bazar Birbank biznes Business Counterpoint Research Cyberpunk Edgerunners Elektromobil Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Planşetlər Reytinq Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 314)
  • Dünya (1. 086)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (239)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (21)

Xəbər Trendi

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər b590bf4d-9 bv 1
  • Dünya

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər

20 Oktyabr, 2026
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib lITSowGHWFnDR99o V 2
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

20 Oktyabr, 2026
Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli 3
  • Texnologiya

Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli

20 Oktyabr, 2026
“Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı “Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı 4
  • Texnologiya

“Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı

20 Oktyabr, 2026
Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb b 5
  • Cəmiyyət

Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb

20 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3314) Dünya (1086) Gündəm (3469) Kateqoriyasızlar (239) Kriminal (302) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (21) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 68
  • 61
  • 4. 889

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.