Skip to content
18 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 255)
  • Dünya (3. 330)
  • Gündəm (11. 616)
  • İdman (641)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (482)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə – ŞƏRH

Rusiya Ali Məhkəməsi Əfqanıstanda hakimiyyətdə olan “Taliban” radikal islamçı hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırıb. Məhkəmə baş prokurorun iddiasını
Cavidan 18 Aprel, 2025

Rusiya Ali Məhkəməsi Əfqanıstanda hakimiyyətdə olan “Taliban” radikal islamçı hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırıb.

Məhkəmə baş prokurorun iddiasını təmin edib. Bu o deməkdir ki, Rusiya hakimiyyəti artıq “Taliban”ı terror təşkilatı hesab etməyəcək.

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında “Taliban”ı ölkəsində qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağa imkan verən qanunu imzalamışdı. Sənədə əsasən, təşkilat “terrorçuluğun təbliğatı, əsaslandırılması və dəstəklənməsinə yönəlmiş fəaliyyətini dayandırdığı” təqdirdə Rusiya Baş prokurorunun sorğusu əsasında məhkəmə fəaliyyət qadağasını dayandıra bilər. Çünki bundan əvvəl təşkilatın terrorçular siyahısıdan çıxarılmasına dair mexanizm qəbul olunmamışdı.

Rusiya onu 2003-cü ildə terror təşkilatı sırasına daxil etmişdi. Qərarda deyilirdi ki, “Taliban” Çeçenistan və Mərkəzi Asiya dövlətlərində qanunsuz silahlı qruplaşmalar yaradır və İŞİD-lə sıx əlaqə saxlayır. O vaxt Rusiya Əfqanıstanda “Taliban”a qarşı əməliyyatlar aparan ABŞ-yə və müttəfiqlərinə müəyyən dəstək verirdi.

2001-ci ildən 2021-ci ilədək “Taliban” hərəkatı Əfqanıstanın müxtəlif bölgələrində silahlı əməliyyatlar keçirib. Hərəkat ölkənin təhlükəsizliyi üçün təhdid yaradırdı. Ona görə 2015-2016-cı illərdə Çin və Qətərin vasitəçiliyi ilə ABŞ və yerli hakimiyyət nümayəndələri, eləcə də hərəkat təmsilçiləri arasında danışıqlar keçirildi. Ancaq bu danışıqlar nəticəsiz qaldı.

“Taliban” hərəkatı birinci dəfə hakimiyyətə gəldiyi kimi, 2021-ci ilin avqustunda yenidən Əfqanıstana nəzarəti ələ keçirdi. Ona qarşı olan qüvvələr ölkəni tərk etməyə məcbur oldular.

Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə - ŞƏRH

Vladimir Putin

Nə birinci, nə də ikinci dönəmdə hərəkat hakimiyyətinin legitimliyi, Pakistan və Qətər istisna olmaqla, dünya dövlətləri tərəfindən tanınmayıb. Bir sıra ölkələr, o cümlədən Rusiya onu terrorçu təşkilatlar siyahısında daxil edib.

ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısında, Pakistandakı “Təhrik-e-Taliban” daxil olmaqla, 70-dən çox başqa qruplaşmanın adı olsa da, Əfqanıstan “Taliban”ının adı yoxdur. İddia edilir ki, bu hərəkat terrorizm və terror haqqında tərifə uyğun gəlmir. Mütəxəssislər bildirib ki, onlar hökumətə təsir etmək üçün mülki əhaliyə qarşı hücum etmirlər.

Bu hərəkat faktiki olaraq hökumətdir. Ekspertlərin qənaətincə, ABŞ onları terror təşkilatı kimi tanısaydı, onda özü və tərəfdaşları onlarla əlaqə saxlamaqda çətinliklə üzləşərdi.

Bununla belə, “Taliban” ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır.

Rusiyanın bu hərəkata münasibətinə gəldikdə isə, “Taliban” ikinci dönəmdə hakimiyyətə gəldikdən sonra rəsmi Moskva ötən dəfəki kimi davranmayıb. Belə ki, “Taliban” hökumətinin rəsmiləri Rusiyaya səfər edərək ikitərəfl əməkdaşlıqda maraqlı olduqlarını, habelə Rusiyanın tətbiq etdiyi sanksiyaları götürməsini istəyiblər.

Rusiyanın “Taliban”la de-fakto münasibəti var idi. Ona qoyulan qadağanın götürülməsi Rusiyanın Əfqanıstanda fəallığını artıra bilər. Rusiya bununla Əfqanıstandakı güclərin iştirakı baxımından mövcud boşluğu müəyyən mənada doldurar. O, indiki qarışıq vəziyyətdə Yaxın Şərq regionuna yaxınlaşar, İrana və Pakistana əlavə çıxış əldə edə bilər. Çinlə birlikdə Əfqanıstana nəzarəti ələ keçirər.

Əfqanıstan dünyada ən zəngin mineral ehtiyatlara, xüsusilə neft, qaz, kömür, mis, gümüş, qızıl, kobalt, kükürd, qurğuşun, sink, nadir torpaq elementləri, dəmir filizi, duz, qiymətli və yarımqiymətli daşlara malikdir. Əfqanıstanda digər təbii ehtiyatlar arasında elektromobillərin istehsalında istifadə olunan litium yataqları da var. Pentaqonun 2010-cu ildə yaydığı hesabatda, Əfqanıstan “litiumun Səudiyyə Ərəbistanı” ola biləcəyi qeyd edilmişdi.

Bir neçə il öncə “The Diplomat” jurnalında dərc edilmiş məqalədə Əfqanıstanda faydalı qazıntıların və nadir torpaq elementlərinin dəyəri 1-3 trilyon dollar həcmində qiymətləndirilirdi.

Əfqanıstanın zəngin yeraltı sərvətlərə malik olması yenilik deyil. Rusiyanın onu rəsmi olaraq terrorçu təşkilatlar siyahısından çıxarması ilə ölkənin bu üstünlüyünü də xatırlamaq istədik. Çünki Rusiya həmin sərvətlərin hasilatı üçün “Taliban” hökuməti, yaxud rəsmi Kabillə müqavilələr imzalaya bilər.

Moskvanın bu addımı perspektivdə, ABŞ başda olmaqla, Qərblə Əfqanıstan uğrunda yeni mübarizəyə təkan verər. Rusiyanın bu qərarını ölkəyə doğru yeni ilk addım da saymaq olar. Onun ardınca ABŞ-nin də “Taliban”a görə Əfqanıstanın xarici banklardakı hesablarına qoyulan həbsləri və hərəkata tətbiq edilən sanksiyaları aradan qaldırması da mümkündür.

Bir ehtimalı da qeyd etmək istərdik. “Taliban”la Rusiya arasında Şimali Koreya, Vyetnam, hətta İranla hərbi sahədə əməkdaşlıq, yardımlaşma haqqında imzalanmış müqaviləyə oxşar sənəd də imzalana bilər.

“Newsweek” Cənubi Koreya Müdafiə Analizi İnstitutunun (KIDA) hesabatına istinadən bildirib ki, Rusiya Ukraynadakı müharibədə iştirak edən Şimali Koreya hökumətinə ən azı 20 milyard dollar qazanc gətirib. Məlumata görə, 2023-cü ildə Şimali Koreyanın ÜDM-i təxminən 23 milyard dollar təşkil edib. Yəni Ukraynada müharibə Pxenyana bütün Şimali Koreya iqtisadiyyatının bir il ərzində yaratdığı qədər əlavə gəlir gətirib.

Bu baxımdan, Rusiyanın “Taliban”la analoji müqaviləsi Əfqanıstana da qazandıra bilər. Hərəkat isə başqa ölkələrin ərazisində terror, silahlı əməliyyat keçirmədiyini iddia edir.

Beləliklə, Əfqanıstanın Mərkəzi Asiyada daha ciddi layihələrdə iştirakı üçün yeni yol, fürsət açılır…(Report)

Continue Reading

Previous: Sloveniya XİN rəhbəri Mehdi Hüseynzadənin abidəsini ziyarət etdi
Next: Bu qayda 10 il qüvvədə olacaq – Prezident təsdiqlədi

Bölmənin digər xəbərləri

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • Cəmiyyət

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

16 Aprel, 2026
Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
  • Siyasət

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

14 Aprel, 2026
İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
  • Siyasət

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

8 Aprel, 2026

Top 7 Xəbər

Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib 1

Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib

18 Aprel, 2026
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər 2

İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər

18 Aprel, 2026
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib 3

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib

18 Aprel, 2026
İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb 4

İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb

18 Aprel, 2026
Başlıbel qətliamından 33 il ötür 5

Başlıbel qətliamından 33 il ötür

18 Aprel, 2026
Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib 6

Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib

18 Aprel, 2026
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir 7

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir

18 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 255)
  • Dünya (3. 330)
  • Gündəm (11. 616)
  • İdman (641)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (482)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9255) Dünya (3330) Gündəm (11616) Kateqoriyasızlar (482) Kriminal (1371) Mədəniyyət (346) Siyasət (2981) Texnologiya (14) İdman (641) İqtisadiyyat (587)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib 18 Aprel, 2026
  • İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər 18 Aprel, 2026
  • İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib 18 Aprel, 2026
  • İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb 18 Aprel, 2026
  • Başlıbel qətliamından 33 il ötür 18 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.