Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • 157 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb – Palata sədri
  • Cəmiyyət

157 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb – Palata sədri

Cavidan 15 Aprel, 2025
1744705869_17447045551465033597_1200x630

Audit tədbirləri nəticəsində mühüm maliyyə pozuntuları və hüquqi uyğunsuzluqlar aşkar edilib. Bu pozuntular həm maliyyə nizam-intizamının pozulması, həm də hesabatlılıq prinsiplərinə əməl olunmaması ilə əlaqəlidir. Hesabatlara əsasən, ümumilikdə 157,7 milyon manatlıq pozuntu halları müəyyən edilib. Bu məbləğin əhəmiyyətli bir hissəsi – 26,4 milyon manatı sosial xarakterli ödənişlərlə əlaqədar olaraq əhalidən yığılıb, lakin dövlət büdcəsinə köçürülməyib. Eyni zamanda, 18,8 milyon manatlıq uyğunsuzluq maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi ilə bağlıdır.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edərkən bildirib.

O qeyd edib ki, mühasibat uçotu sənədlərində qeydə alınan digər nöqsanlar nəticəsində 2,2 milyon manatın təyinat üzrə və şəffaf şəkildə əks etdirilmədiyi müəyyən olunub: “Bu halların bir çoxunda mühasibat yazışmalarının düzgün aparılmaması və qeyri-dəqiq uçot səbəbindən vəsaitlərin real istiqaməti itirilib. Həmçinin ümumi pozuntu məbləği içərisində 15,2 milyon manatlıq əvəzləşdirmə, 4,4 milyon manatın isə hüquqi əsaslar olmadan xərclənməsi halları da yer alıb. Bu cür hallar qanunvericilik aktlarının tələblərinə zidd olmaqla yanaşı, dövlət vəsaitlərinin səmərəsiz istifadəsini göstərir. Aşkarlanmış pozuntularla bağlı ümumilikdə 6 fakt üzrə materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Onlardan biri üzrə hüquqi qiymət verilməsi və cinayət işinin başlanılması üçün ilkin araşdırmalar davam etdirilir. Hesabatda, həmçinin qeyd edilir ki, 52 saylı Kollegiya Qərarı ilə təsdiqlənmiş təhlillər əsasında audit nəticələrinin hüquq-mühafizə orqanlarına ötürülməsi təmin olunub və artıq bir sıra hallarda vəsaitlərin qismən geri qaytarılması təmin edilib”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Paşinyan: Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur
Sonrakı: Leyla Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım etdi

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 33
  • 32
  • 4. 923

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.