Skip to content
7 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Makronun Fransa üçün ən böyük “nailiyyəti” – Paris autsayder vəziyyətinə salınıb – ŞƏRH

Cavidan 13 Mart, 2025

Fransa bu gün beynəlxalq aləmdə nüfuzunu sürətlə itirməkdədir. Xarici siyasətdə uğursuzluqlar səngimir, ölkə ard-arda diplomatik məğlubiyyətlər yaşayır. Bütün bunlara görə əksəriyyət təqsirkar kimi prezident Emmanuel Makron və komandasını görür.

Yelisey sarayının iştirakı olmadan beynəlxalq tədbirlər keçirilir, sülh sazişləri müzakirə olunur. Konkret olaraq, Ukrayna ilə bağlı aparılan müzakirələr buna nümunədir.

Fransanın nüfuzlu “Milli Birlik” sağyönümlü partiyasının lideri Marin Le Pen həyəcan təbili çalan siyasilər sırasındadır. Onun sözlərinə görə, Makronun tək ölkə daxilində deyil, xaricində də nüfuzu sürətlə aşağı düşür. Prezidenti lazımsız və yersiz hərbi ritorikadan dəm vurmaqda ittiham edən sağların lideri hesab edir ki, ABŞ və Rusiya Ukraynada sülh prosesində aktiv iştirak edir. Fransanın da daxil olduğu Avropa İttifaqı isə danışıqlar stolu arxasında yoxdur və bu, faciədir. Çünki belə gedişat Fransa üçün irimiqyaslı və çox ciddi nüfuz itkisidir. Bütün hallarda, məhz Fransa Avropa İttifaqının digər üzvləri ilə müqayisədə daha çox itirib.

Makronu ucuz “telediplomatiya”da ittiham edən xanım siyasətçi onu da deyib ki, bu şəxs fransızların qorxusu üzərində oynayır. Le Penin fikrincə, Makronun bəyan etdiyi Rusiya Federasiyası tərəfindən “hərbi təhlükə” “mövcud deyil.

Le Pen, həmçinin qeyd edib ki, onun partiyası parlamentdə müzakirə ediləcək “Ukraynaya yardımın artırılması haqqında” qətnaməni dəstəkləməyəcək. Onun sözlərinə görə, mətndə yer alan Ukraynanın Avropa İttifaqına daxil olmasına qəti şəkildə qarşıdır, çünki bu “fransız fermerlərin ölümü olacaq”.

Fransalı siyasətçi, şübhəsiz ki, gətirdiyi arqumentlərdə haqlıdır. Məsələ ondadır ki, Makron 2017-ci ildən, yəni hakimiyyətə gələndən bəri Fransanın uğuruzluqları silsilə xarakter alıb. Afrikadan tutmuş Asiyaya, Cənubi Qafqaza qədər bu proses davam edib. Yelisey sarayı hətta Afrika qitəsindən də faktiki olaraq qovulub və proses davam edir. Fransa Çad, Niger, Qabon, Əlcəzair və digər keçmiş müstəmləkələrdən artıq çıxarılıb.

Makronun isə buna cavabı hər kəsi şoka salıb. Az qala, onları qədirbilməzlikdə, Fransanın gətirdiyi nailiyyətləri görməməkdə ittiham edib. Bir növ, onları nankor adlandırıb.

Bunun ardınca Afrika ölkələrində antifransız əhvali-ruhiyyə daha da artıb. Konkret olaraq Əlcəzair hakimiyyəti Fransanı hələ də ölkədə yol verdiyi soyqırımına görə üzr istəməməkdə ittiham edib.

Yeri gəlmişkən, Makronun uğursuz siyasətinin nəticəsidir ki, Mali, Burkina-Faso və Niger onun hegemonluq etdiyi Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOVAS) tərk edib. Səbəb isə ECOVAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab etmələridir.

Analoji siyasət Fransanın dənizaşırı torpaqlarında da yaşanıb. Konkret olaraq Yeni Kaledoniyada törədilənləri yada salmaq kifayətdir. Bu torpaqlarda anti-Fransa hərəkatı start götürəndə Paris bunu ən sərt yollarla, yəni qan içində boğmağa üstünlük verdi.

Fransanın ən ciddi uğursuzluqlarından biri də Cənubi Qafqazda yaşanıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi qələbəsindən sonra Bakı ilə Paris arasında münasibətlərdə böhran yaşanır. Bu böhranın da səbəbkarı Fransadır.

Azərbaycan BMT Təhlükəsizlik Şurası tərəfindən pislənmiş erməni işğalından Qarabağı azad edərək ərazi bütövlüyünü bərpa etdi. Lakin Fransa nəinki bu prosesdə Azərbaycanı dəstəkləmədi, hətta işğalçının tərəfini tutmaqdan çəkinmədi. Bu isə ikitərəfli münasibətlərdə gərginliyin artmasına səbəb oldu.

Emmanuel Makronun prezidentliyinə qədər Fransa ATƏT-in Minsk qrupu çərçivəsində qismən fəal görünürdü. Lakin 2020-ci ildə erməni işğalçı qüvvələrinin məğlubiyyətindən sonra Paris kəskin qərəzli mövqe tutdu. Həmin ilin noyabrında Fransa Senatı beynəlxalq hüquqa zidd olaraq qondarma “Qarabağ Respublikası”nın (DQR) tanınmasına çağıran qətnamə qəbul etdi. Sonrakı illərdə Fransa qanunsuz separatçı qurumun 2024-cü ildə özünü buraxması faktını nəzərə almadan Azərbaycana qarşı qətnamələrlə çıxış etməyə davam etdi.

Separatçılara sevgi bu gün də davam edir. Məsələn, dünən Fransanın erməni təşkilatlarının Koordinasiya Şurası ənənəvi şam yeməyi təşkil edib, burada ölkənin bir çox tanınmış siyasətçiləri, deputatlar, o cümlədən keçmiş baş nazir Qabriel Attal iştirak edib.

Fransız siyasətçilər Azərbaycana təzyiq yolu seçib və Bakıda məhkəmə prosesi keçirilən separatçıların nümayəndələrinə dəstək nümayiş etdiriblər. Halbuki həmin şəxslər barəsində konkret ittiham aktları var.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Fransanın təxribatçı siyasətini pisləyib, onun ikili standartlarını və suveren dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərini vurğulayıb. O, Parisin illərboyu Azərbaycan torpaqlarının işğalını görməzdən gəldiyini, lakin onların azad edilməsindən sonra ritorikasını kəskin şəkildə Ermənistanın xeyrinə dəyişdiyini xatırladıb.

Prezident, həmçinin Makronu beynəlxalq hüquqa riayət etməməkdə və Yeni Kaledoniya məsələlərinə müdaxilə etməkdə tənqid edib, Fransa rəhbərliyinin bəyanatlarının onların real hərəkətlərinə uyğun gəlmədiyini göstərib.

Görünən odur ki, Fransanın, daha dəqiq ifadə etsək, Makronun və komandasının uğursuz və səriştəsiz siyasəti nəticəsində ölkə ciddi uğursuzluqlar yaşayır. Proseslərin gedişi onu deməyə əsas verir ki, Yelisey sarayının beynəlxalq arenada nüfuzu durmadan azalır. Marin Le Penin timsalında siyasətçilər də bunun qarşısını almaq üçün həyəcan təbili çalırlar.(Report)

Continue Reading

Previous: Nazir: Yeni dünya düzənində çoxtərəfli təsisatlara qoşulmaq zəruridir
Next: Vens: Tramp Şərqi Avropada nüvə silahlarının yerləşdirilməsinə qarşıdır

Bölmənin digər xəbərləri

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU
  • Cəmiyyət

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək
  • Cəmiyyət

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı
  • Cəmiyyət

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025

Top 7 Xəbər

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 1

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 2

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 3

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 4

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 5

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 7

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8442) Dünya (3042) Gündəm (10560) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6 Dekabr, 2025
  • “Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 6 Dekabr, 2025
  • İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6 Dekabr, 2025
  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.