Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Mədəniyyət
  • Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
  • Mədəniyyət

Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb

Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq, Mədəniyyət
Cavidan 13 Mart, 2025
c00f3217-1620-313f-bc1e-5d902cfdeae8_850

Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərhumla əvvəlcə saat 11:30-də Təzə Pir məscidində vida mərasimi olacaq.

Ardınca cənazə dəfn edilmək üçün Qurd qapısı qəpiristanlığına aparılacaq.

Qeyd edək ki, görkəmli balet ustası, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva 12 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib.

Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Tamilla Şirəliyeva Qaraca qız (“Qaraca qız”, Əşrəf Abbasov), Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Ayişə, Fiyetta (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Qara Qarayev), Odetta-Odilliya (“Qu gölü”, Pyotr Çaykovski), Kitri, Paxita (“Paxita”, L.Minkus), Şəhrizad (“Min bir gecə”, Fikrət Əmirov) və s. əsas partiyaları böyük məharətlə ifa edib.

Sənətkar eyni zamanda Tofiq Bakıxanovun “Xeyir və Şər”, “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə və Niyazinin “Rast” muğam-baletinə quruluş verib.  

Tamilla Şirəliyeva 1977-ci ildən eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1970-ci ildə “Əməkdar artist”, 1978-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İsmail Serageldin: Bakıda keçiriləcək Qlobal Forumda 400-dən çox insan iştirak edəcək
Next: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, hökumət hesabat verəcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-11 104958
  • Mədəniyyət

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Cavidan 11 İyun, 2026
Screenshot 2026-06-10 114008
  • Mədəniyyət

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-04 091705
  • Mədəniyyət

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Cavidan 4 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.