Skip to content
24 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • DSX Xüsusi Məktəbinin V sinfinə qəbul elan edib
  • Cəmiyyət
  • Gündəm

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul elan edib

Dövlət Sərhəd Xidməti (DSX) 2025/2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edib. Bu barədə
Cavidan 12 Mart, 2025
1722b324-d405-3c1c-bd70-ff1299fe7437_850

Dövlət Sərhəd Xidməti (DSX) 2025/2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edib.

Bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2025-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər 2025-ci ilin 27 mart tarixinədək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında “Şəxsi kabinet” yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil olunmasını təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

Qəbul imtahanı DİM tərəfindən test üsulu ilə keçiriləcək. İmtahan 13 aprel 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək. İmtahanın keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır. Namizədlər “imtahana buraxılış vərəqəsi”nı imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

• Azərbaycan dili;
• Riyaziyyat.

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir.
İmtahanın müddəti 90 dəqiqədir.
İmtahana gələrkən namizədlər:

-şəxsiyyət vəsiqəsi;
-imtahana buraxılış vərəqəsi gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Post navigation

Previous: Sabah Putin və Lukaşenko arasında danışıqlar baş tutacaq
Next: Tacikistan və Qırğızıstan arasında sərhəd açılacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-24 184926
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 180922
  • Cəmiyyət

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 161109
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 986)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (199)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb Screenshot 2026-08-24 184926 1
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

24 Avqust, 2026
Ukrayna Hikmət Hacıyevi təltif etdi Screenshot 2026-08-24 180922 2
  • Cəmiyyət

Ukrayna Hikmət Hacıyevi təltif etdi

24 Avqust, 2026
Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar Screenshot 2026-08-24 170453 3
  • Kateqoriyasızlar

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

24 Avqust, 2026
Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx Screenshot 2026-08-24 161109 4
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

24 Avqust, 2026
“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib Screenshot 2026-08-24 151828 5
  • Dünya

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2986) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (199) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.