Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 339)
  • Dünya (3. 347)
  • Gündəm (11. 692)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bu gün Novruzun ikinci – Od çərşənbəsidir

Bu gün Novruzun ikinci – Od çərşənbəsidir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə
Cavidan 4 Mart, 2025

Bu gün Novruzun ikinci – Od çərşənbəsidir.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb.

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Xatırladaq ki, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Continue Reading

Previous: Oljas Bektenov Zəfər parkında
Next: Naxçıvana yol verməyə hazırıq, bir şərtlə ki… – Nikol Paşinyan

Bölmənin digər xəbərləri

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
  • Cəmiyyət

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026
I sinfə qəbul başlayır
  • Gündəm

I sinfə qəbul başlayır

30 Aprel, 2026

Top 7 Xəbər

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 1

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb 2

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 3

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026
Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı 4

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı

30 Aprel, 2026
I sinfə qəbul başlayır 5

I sinfə qəbul başlayır

30 Aprel, 2026
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib 6

Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib

30 Aprel, 2026
Mayın ilk günündə 25 dərəcə isti olacaq 7

Mayın ilk günündə 25 dərəcə isti olacaq

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 339)
  • Dünya (3. 347)
  • Gündəm (11. 692)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9339) Dünya (3347) Gündəm (11692) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 30 Aprel, 2026
  • “İqlim haqqında” qanun layihəsi hazırlanıb 30 Aprel, 2026
  • Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 30 Aprel, 2026
  • Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı 30 Aprel, 2026
  • I sinfə qəbul başlayır 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.