Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Parlamentdə Bakıdakı söküntü ilə bağlı TƏKLİF
  • Cəmiyyət
  • Gündəm

Parlamentdə Bakıdakı söküntü ilə bağlı TƏKLİF

Ölkəmizdə, xüsusən də Bakı şəhərində ciddi sökünütülər aparılır və ya aparılacaq. Hər bir sökünütüdən sonra onlarla narazı vətəndaş
Cavidan 28 Fevral, 2025
1740728523_bina-yikim-isleri

Ölkəmizdə, xüsusən də Bakı şəhərində ciddi sökünütülər aparılır və ya aparılacaq. Hər bir sökünütüdən sonra onlarla narazı vətəndaş əmələ gəlir və bu narazılığın bir neçə səbəbləri var. Bəzilərinin yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir deyə narazılıq edir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur. Nəticə isə üç tərəfə – dövlət orqanlarına, vətəndaşlara və sahibkarlara – problem yaradır. Yüzlərlə narazılıq edən vətəndaşlar, sahibkarlar və qapısı döyülən dövlət orqanları var. Onların parlamentdən də gözləntiləri var.

Bunu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev bildirib.  

“Köçürmələrin yaratdığı ən böyük problemi demək istəyirəm. Köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarlarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir. Bu evlər də, əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirirlir. 

Hansı mənzərə ilə üzləşirik? Bakıda söküntü aparıb onu abadlaşdırır, gözəlləşdirir, rahat infrastruktur yaradırıq, 5-10 kim kənarda isə ciddi problemlər yaradır və sanki minalar basdırılır: qaz, su, işıq, yol, yağış-qar yağanda su altında qalmış evlər və dövlətdən kömək tələb edən vətəndaşlar”, – o deyib.

Deputat həll yolu da təklif edib: “Təklif edirəm ki, qanunvericilik səviyyəsində problemin həllinə töhvə verək. Söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedək. İstər dövlət söksün, istər sahibkar, fərq etmədən söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədəri üçün tikilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin. Doğurdan da təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur. Bununla yanaşı, söküntü ərazilərində qanundankənar hərəkətlərə yol verən vətəndaşlar və sahibkarlarla bağlı icrası məcbur məhkəmə qərarları verilsin və bu sahədə məhkəmə çəkişmələrinin uzun müddətli olmasının qarşısını almaq üçün də lazımsa qanunvericiliyə dəyişikliklər edək. Ümid edirəm ki, bu məsələ ilə bağlı ciddi müzakirələr apara və məsələnin ədalətli həll yolunun tapılmasına töhvə verə bilərik. Ümumiyyətlə, kompensasiyaların verilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına ya ayrıca bəndlər, ya da fəsil əlavə edə bilərik”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Dövlət Nəqliyyat Xidmətində yoxlamalar BAŞLADI
Sonrakı: Ukraynaya dair razılaşma ya tez olacaq, ya da heç olmayacaq – Tramp

Bölmənin digər xəbərləri

qeza__1_
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Cavidan 16 Oktyabr, 2026
6ad20c5e54b746ad20c5e5v
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Cavidan 16 Oktyabr, 2026
tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 299)
  • Dünya (1. 084)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 1
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026
Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 2
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları BVSpZcyrH8UTPC4Mpmn 3
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

16 Oktyabr, 2026
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 4
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 5
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3299) Dünya (1084) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 30
  • 28
  • 4. 926

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.