Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ali Məhkəmənin nümayəndə heyəti Qazaxıstanda səfərdədir
  • Cəmiyyət

Ali Məhkəmənin nümayəndə heyəti Qazaxıstanda səfərdədir

Azərbaycan Ali Məhkəməsinin nümayəndə heyəti Qazaxıstandakı məhkəmə islahatları ilə tanış olmaq məqsədilə bu ölkədə səfərdədir. Ali Məhkəmənin Mülki
Cavidan 19 Fevral, 2025
bf38ee93-a81c-3afa-acbf-5db43c150c40_850

Azərbaycan Ali Məhkəməsinin nümayəndə heyəti Qazaxıstandakı məhkəmə islahatları ilə tanış olmaq məqsədilə bu ölkədə səfərdədir.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iş səfəri çərçivəsində bu ölkənin ali məhkəmə orqanını ziyarət edib.

“Bu, son üç ildə Azərbaycan hakimlərinin Astanaya üçüncü səfəridir. Səfərin məqsədi Qazaxıstan məhkəmələrində aparılan islahatların ətraflı öyrənilməsidir”, – Qazaxıstan Ali Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qazaxıstan Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev qonaqlara əsas təşəbbüslər, o cümlədən inzibati ədliyyənin inkişafı, apellyasiyanın rolunun gücləndirilməsi, ailə məhkəmələrinin yaradılması, kassasiya baxışının təkmilləşdirilməsi və s. barədə məlumat verib.

Məhkəmələrin maliyyələşdirilməsinin yeni modelinin tətbiqi, hakimlərin peşəkar qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi və məhkəmə icraatının rəqəmsallaşdırılması vasitəsilə hakimlərin müstəqilliyinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin respublika məhkəmələrinin fəaliyyətinin təhlili və monitorinqi ilə məşğul olan Qazaxıstan Ali Məhkəməsinin Situasiya Mərkəzinin imkanları ilə tanış olub. Qonaqlar Qazaxıstan məhkəmələrində tətbiq edilən süni intellekt elementləri və robotlaşdırma prosesləri olan İT xidmətlərinə xüsusi maraq göstəriblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti paytaxtın məhkəmələrinə, Astana Beynəlxalq Maliyyə Mərkəzinin Arbitraj Mərkəzinə və Qazaxıstanın Ali Məhkəmə Şurasına səfər etməyi planlaşdırır.(Report)

Post navigation

Previous: Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başlayır
Next: Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 153540
  • Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 142826
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 140344
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 993)
  • Dünya (1. 029)
  • Gündəm (3. 311)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib Screenshot 2026-08-25 153540 1
  • Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

25 Avqust, 2026
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL Screenshot 2026-08-25 150832 2
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

25 Avqust, 2026
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB Screenshot 2026-08-25 142826 3
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

25 Avqust, 2026
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 140344 4
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

25 Avqust, 2026
Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq Screenshot 2026-08-25 130945 5
  • Cəmiyyət

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2993) Dünya (1029) Gündəm (3311) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.