Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 357)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Əhalinin və əczaçılıq müəssisələrinin nəzərinə!

“Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin
Cavidan 18 Fevral, 2025

“Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb. Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub”. 

Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” Qanunun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi  dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.

Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək inzibati tənbeh tədbirləri görülür. Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri – vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir.

Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.

“Əlavə olaraq qeyd etməliyik ki, Prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər”, – deyə, məlumatda vurğulanıb.

Continue Reading

Previous: Prezident və xanımı Ağdamda açılışda 
Next: Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib

Bölmənin digər xəbərləri

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar
  • Cəmiyyət

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar

1 May, 2026
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
  • Cəmiyyət

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

1 May, 2026
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat
  • Cəmiyyət

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

1 May, 2026

Top 7 Xəbər

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 1

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar

1 May, 2026
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 2

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

1 May, 2026
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 3

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

1 May, 2026
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 4

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 5

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 6

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 7

Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 357)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9357) Dünya (3347) Gündəm (11698) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 1 May, 2026
  • Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 1 May, 2026
  • Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 1 May, 2026
  • Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 1 May, 2026
  • Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.