Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Təyyarə qəzasının nəticələri ilə bağlı geniş açıqlama VERİLƏCƏK
  • Cəmiyyət

Təyyarə qəzasının nəticələri ilə bağlı geniş açıqlama VERİLƏCƏK

“Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə
Cavidan 29 Yanvar, 2025
1738134286_1738070539_a1-2673

“Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyyəti strukturları tərəfindən davam etdirilir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyətə də geniş məlumat veriləcək”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Cənab Prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, təyyarə qəzasının nəticələri haqqında ölkə ictimaiyyətinə mütəmadi qaydada məlumatların verilməsi təmin olunacaq”, – Azərbaycan Prezidentinin köməkçisi deyib.

Təyyarə qəzası ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəlincə, Hikmət Hacıyev vurğulayıb ki, bu məsələ Rusiya tərəfi ilə aidiyyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunmaqdadır.

Xatırladaq ki, Azərbaycana məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: MSK saat 10.00-a olan seçici fəallığını açıqladı
Sonrakı: Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Bölmənin digər xəbərləri

uC41Nw6b8rLfmv
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Cavidan 14 Oktyabr, 2026
vmeliyOwJuwFHl4oE v
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

Cavidan 14 Oktyabr, 2026
bL6ZvIjssklf7_1200
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 274)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (249)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 1
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026
Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək vmeliyOwJuwFHl4oE v 2
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

14 Oktyabr, 2026
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb bL6ZvIjssklf7_1200 3
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib 4
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib

14 Oktyabr, 2026
Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü 5
  • Texnologiya

Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3274) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (249) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 138
  • 120
  • 4. 717

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.