Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İşğal dövründə Rusiyadan Ermənistana daşınan silahlar – Qarabağda yeni faktlar TAPILDI
  • Cəmiyyət
  • Gündəm

İşğal dövründə Rusiyadan Ermənistana daşınan silahlar – Qarabağda yeni faktlar TAPILDI

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyinin
Cavidan 25 Yanvar, 2025
1737803514_1-1

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik kanalları ilə daşınmasına dair faktiki sübutlar ortaya çıxıb.

Hərbi təyinatlı yüklər, müvafiq normativ qaydalara əsasən gömrük baxışından keçmədən, diplomatik yük adı altında Rusiyadan Ermənistana, ordan isə Azərbaycanın işğal altında olmuş ərazilərinə daşınıb.

Daşımalar Moskvanın Domodedovo aeroportundan “Domodedovo Karqo” QSC tərəfindən birbaşa Ermənistanın paytaxtı İrəvan şəhərinə icra olunub.

2023-cü ildə keçirilən lokal antiterror əməliyyatından sonra Xankəndi, Ağdərə və Xocalı şəhərlərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə aid olan anbarlarda, sözügedən məhsulların qalıq hissəsi və ən əsası – yüklərin qablaşdırılması aşkar edilib.

Bağlamalarda yer almış məlumatlardan aydın olur ki, təkcə bir növ uniforma – qış gödəkcələrinin sayı 195 qutu kimi qeyd olunub.

Belə olan halda yükün geniş nomenklatura üzrə ümumi həcminin hansı miqdarda olduğunu düşünmək olar.

Təxmin olunur ki, Ermənistanın diplomatik kanallarından istifadə olunmaqla Azərbaycanın işğal altında olan ərazilərinə hərbi təyinatlı yüklər 2020-ci ilin yay aylarından (Tovuz döyüşlərindən sonra) etibarən 44 günlük müharibə zamanı və 09.11.2020-ci ildə bağlanan üçtərəfli atəşkəs bəyanatından sonra gətirilib.

Yəni, bu yüklər Qarabağda onlarla nəzarət-buraxılış məntəqəsi olan Rusiya Federasiyası Sülhməramlı Kontingentinin məsuliyyət zonasına daşınıb.

Onu da vurğulamaq lazımdır ki, diplomatik kanaldan istifadə Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin (qanunsuz silahlı birləşmələrin) təcili təminatı üçün istifadə olunub və Rusiya Federasiyası buna vasitəçilik edib.(APA)

Post navigation

Previous: Qazaxıstanda neft bazasında yanğın baş verib, dörd nəfər xəsarət alıb
Next: Azərbaycan Gənclər Fondu Milli Məclisdə hesabat verəcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 110419
  • Cəmiyyət

Azərbaycan XİN Uruqvayı təbrik edib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 101801
  • Cəmiyyət

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-24 184926
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 988)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (199)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycan XİN Uruqvayı təbrik edib Screenshot 2026-08-25 110419 1
  • Cəmiyyət

Azərbaycan XİN Uruqvayı təbrik edib

25 Avqust, 2026
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 101801 2
  • Cəmiyyət

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

25 Avqust, 2026
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb Screenshot 2026-08-25 094005 3
  • İqtisadiyyat

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

25 Avqust, 2026
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb Screenshot 2026-08-24 184926 4
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

24 Avqust, 2026
Ukrayna Hikmət Hacıyevi təltif etdi Screenshot 2026-08-24 180922 5
  • Cəmiyyət

Ukrayna Hikmət Hacıyevi təltif etdi

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2988) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (199) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.