Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Sosial media insanlarda əsəbilik yaradırmış
  • Cəmiyyət

Sosial media insanlarda əsəbilik yaradırmış

Cavidan 24 Yanvar, 2025
5e2361f14a6e9a1d4c3b605628f1215c

Massaçusets Ümumi Xəstəxanası və Harvard Tibb Məktəbinin Kəmiyyət Sağlamlığı Mərkəzinin tədqiqatçıları ABŞ-dakı böyüklər arasında sosial media istifadəsi ilə əsəbilik arasındakı əlaqəni təhlil ediblər. Araşdırma, xüsusilə, aktiv paylaşımlar edən istifadəçilərdə sosial mediadan tez-tez istifadənin həddindən artıq əsəbilik, stress ilə əlaqələndirildiyini ortaya qoyub.

Əvvəlki tədqiqatlar, əsasən, sosial media istifadəsinin depressiv simptomlarla əlaqəsini araşdırsa da, bu tədqiqat əsəbilik kimi mənfi emosiyalara daha geniş diqqət yetirib. Qəzəb və məyusluq meyilləri kimi təyin olunan əsəbilik, funksional pozğunluqlar, psixi sağlamlıq problemləri və hətta intihar davranışları ilə əlaqələndirilir.

Araşdırma “JAMA Network Open” jurnalında “ABŞ Yetkinlərində Əsəbilik və Sosial Media İstifadəsi” başlığı ilə dərc olunub. Sorğu 2023-cü il noyabrın 2-də – 2024-cü il yanvarın 8-də həyata keçirilib və 42 min 597 iştirakçının məlumatları təhlil olunub.

Sorğuda sosiodemoqrafik göstəricilər, sosial media istifadəsi və əsəbiliklə bağlı məlumatlar toplanıb. İştirakçılar əsəbilik əlamətlərini qiymətləndirmək üçün “Qısa qıcıqlanma testi” (BITe) keçiblər. Bu testdə mümkün nəticələr 5 ilə 30 arasında dəyişir; yüksək ballar daha yüksək əsəbilik səviyyəsini göstərir.

Təhlil zamanı depressiya və narahatlıq kimi psixoloji simptomlar da nəzərə alınıb. İştirakçıların orta yaşı 46, cinsiyyət bölgüsü isə belə olub – 58,5 faiz qadın, 40,4 faiz kişi. Sorğuda iştirak edənlərin 78,2 faizi gündəlik ən azı bir sosial media platformasından istifadə etdiyini bildirib. Sosial mediadan tez-tez istifadə edənlərdə daha yüksək əsəbilik skorları qeydə alınıb. Məsələn, günün çox hissəsini sosial mediada keçirən istifadəçilərin BITe skorları, tənzimlənməmiş modellərdə, 3,37 bal daha yüksək olub. Depressiya və narahatlıq kimi faktorlar nəzərə alınsa belə, bu fərq 1,55 bal səviyyəsində qalıb. Analiz sosial media platformalarında yerləşdirmə tezliyi ilə əsəbilik arasında “doza-cavab” əlaqəsini göstərib.

TikTok istifadəçiləri arasında gündə bir neçə dəfə paylaşım edənlər ən yüksək əsəbilik skorlarına sahib olub. Tez-tez siyasi paylaşımlar edən və ya siyasi xəbərləri istehlak edən istifadəçilərdə də yüksək əsəbilik müşahidə edilib. Bununla belə, siyasi xəbərləri çox yaxından izləməmək əsəbilik səviyyəsinin bir qədər azalması ilə əlaqələndirilib. Həddən artıq sosial media istifadəsi səviyyəsi, xüsusilə də tez-tez paylaşımlar, böyüklər arasında artan əsəbiliklə əlaqələndirilib.

Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsə də, əsəbiliyin həm sosial media istifadəsini artıran, həm də sosial media istifadəsindən qaynaqlanan bir hal ola biləcəyi irəli sürülüb. Əldə edilən nəticələr ictimai sağlamlıq strategiyalarının inkişaf etdirilməsi və müdaxilə yollarının tapılması üçün əlavə araşdırmaların vacibliyini vurğulayır. (Azertag)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Next: 24 yaşlı Camal yüksək balla akademiyada oxuyubmuş… – Foto

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 112302
  • Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Cavidan 27 İyun, 2026
RFrFrQEtf5UcsefdgZSln5Xb
  • Cəmiyyət

Ukrayna Volqoqradda “Titan-Barrikadı” zavoduna zərbə endirib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.