Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 479)
  • Dünya (3. 046)
  • Gündəm (10. 594)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Səhiyyə Nazirliyi meymunçiçəyinin əsas əlamətlərini AÇIQLADI

Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları olan şəxslər, xəstə insanın açıq yara möhtəviyyatı ilə tamlığı pozulmuş dəri
Cavidan 21 Yanvar, 2025

Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları olan şəxslər, xəstə insanın açıq yara möhtəviyyatı ilə tamlığı pozulmuş dəri səthi olan insanlarda, immunçatışmazlığı olan şəxslərdə daha yüksəkdir.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, virusa yoluxma xəstə heyvan, insan və ya virusa bulaşmış materiallarla təmas yolu ilə baş verir: “Viruslar bədənə zədələnən dəri, respirator yollar və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Yoluxma ehtimalı xəstə insanla cinsi əlaqə ilə də baş verə bilər. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir”.

Təyyar Eyvazov qeyd edib ki, xəstəlik əksər sağlam insanlarda yüngül keçir və qısa müddətdə sağalma ilə nəticələnir: “Xəstəliyi kiçik yaşlı uşaqlar, hamilə qadınlar, müxtəlif səbəblərdən immun çatmazlığı, o cümlədən ağır xroniki xəstəliyi olan və ahıl yaşlı şəxslər ağır keçirə bilər”.

İnfeksionist deyib ki, M.pox infeksiyası 5-21 gün gizli dövrdən sonra başlayır: “Xəstələrdə ilk günlərdə qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya,(adətən qızdırma ilə eyni vaxtda başlyır, bir və ya ikitərəfli olur, qulaqətrafı, aksilyar, boyun və qasıq limfa düyünləri cəlb olunur, bel və əzələ ağrıları, güclü asteniya, daha az hallarda boğaz ağrısı, öskürək,asqıraq, mədə-bağırsaq əlamətləri –disfagiya, qusma, diareya görünür. Hərarət və digər prodromal əlamətlər adətən səpkilərin görünməsi ilə zəifləyir. Dəri səpgiləri adətən qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir. Səpkilər gövdədən daha çox üz və ətraflarda cəmləşir ( üzdə (95% ), ovuclara və ayaq altlarına (75%), ağız boşluğunun selikli qişaları (70%), cinsiyyət orqanları (30%), konyunktiva (20%), buynuz qişanın zədələnməsi rast gəlinir. 10 gün ərzində səpkilərin təkamülü ardıcıl olaraq aşağıdakı mərhələləri keçir: Çəhrayı rəngli makulalar, papulalar, vezikulalar (qovuqcuq) 2-5 mm ölçüdə, qaşınan, pustullar (sudurcuq), qartmaqlar, çapıq. Səpki az saylı və ya bir neçə minə qədər ola bilər. Ağır hallarda, birləşərək dərinin böyük sahəsinin soyulmasına səbəb ola bilər. Meymunçiçəyi adətən 2-4 həftə davam edir, lakin uşaqlarda, immundefisitli şəxslərdə daha uzun çəkə bilər”.

İnfeksionist həmçinin virusdan qorunma yollarını da açıqlayıb. O diqqətə çatdırıb ki, hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar: “Meymunçiçəyinə yoluxan insanlar, xüsusən də tənəffüs simptomları (məs., öskürək, nəfəs darlığı, boğaz ağrısı) olduqda, tibbi maska taxmalıdır. Bu, hər hansı bir səbəbdən mümkün olmadıqda (məsələn, azyaşlı uşaq), digər ailə üzvləri xəstə ilə təmas zamanı tibbi maskadan istifadə etməlidirlər. Digər insanlarla təmas riskini minimuma endirmək üçün xəstələrin dərisi mümkün qədər örtülməlidir (məs., uzunqol köynək, uzun şalvar və s.). Xəstələr, onlarla təmasda olanlar, xəstələrin paltarları, yataq dəsti ilə və ya kontaminasiya olunmuş materiallarla təmasda olmuş insanlar əl gigiyenasına əməl etməli və spirt əsaslı əl dezinfektantlarından istifadə etməlidirlər. Xəstənin yataq dəstləri, dəsmalları, paltarları çırpılmadan standart paltaryuyan maşında və istənilən yuyucu vasitə ilə yuyula bilər. Xəstənin yemək qabları qabyuyan maşında və ya əl ilə ilıq su və istənilən qabyuyan vasitə ilə yuyula bilər. Çirklənmiş səthlər təmizlənməli və dezinfeksiya edilməlidir”.

Təyyar Eyvazov meymunçiçəyi ilə suçiçəyi xəstəliyi arasındakı fərqlərdən danışıb. O əlavə edib ki, suçiçəyi üçün limfadenopatiya səciyyəvi deyil: “Səpkilər, əvvəlcə başın tüklü hissəsində, dərhal sonra gövdədə kiçik qırmızı papulalar olaraq əmələ gəlir, gözyaşı damlası şəkilində vezikulaya çevrilir. Elementlər daha çox mərkəzdə cəmləşir, meymun çiçəyi zamanı isə üz və ətraflarda olur (eləcə də ovucların içində və ayaq altında). Meymun çiçəyindən fərqli olaraq elementlər daha səthi olurlar və asanlıqla partlayırlar. Elementlər 3 gün boyunca çıxmağa davam edir. Səpki polimorfdur. Səpki çox qaşıntılıdır. Qartmaq düşdükdən sonra keçici pigmentasiya qalır. Vezikula və pustula möhtəviyyatının PZR müayinəsində su çiçəyi virus aşkarlanır”.

Qeyd edək ki, Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.

Continue Reading

Previous: Çempionlar Liqası: Bu gün 9 oyun var
Next: Sumqayıtda yataqxana binasında yanğın – VİDEO

Bölmənin digər xəbərləri

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir
  • Cəmiyyət

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir

11 Dekabr, 2025
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib
  • Cəmiyyət

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib
  • Cəmiyyət

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025

Top 7 Xəbər

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 1

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir

11 Dekabr, 2025
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 2

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 3

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025
Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib 4

Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib

11 Dekabr, 2025
XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb 5

XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb

11 Dekabr, 2025
Sabah hava yağmursuz olacaq 6

Sabah hava yağmursuz olacaq

11 Dekabr, 2025
Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib 7

Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 479)
  • Dünya (3. 046)
  • Gündəm (10. 594)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8479) Dünya (3046) Gündəm (10594) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 11 Dekabr, 2025
  • Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 11 Dekabr, 2025
  • Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 11 Dekabr, 2025
  • Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib 11 Dekabr, 2025
  • XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.