Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • İsrail atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib, təfərrüatlar açıqlanıb
  • Dünya
  • Gündəm

İsrail atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib, təfərrüatlar açıqlanıb

Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin “HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza
Cavidan 17 Yanvar, 2025
102e1027-c9bd-336a-9abc-0ceaa4173c66_850

Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin “HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.

Bu barədə “The Jerusalem Post” bəyanata istinadən məlumat yayıb.

Qeyd olunub ki, sazişin təsdiqi üçün təhlükəsizlik nazirləri kabineti, daha sonra isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.

Əldə edilən saziş üç mərhələdə həyata keçiriləcək. Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalını və cənubunu birləşdirən Netsarim dəhlizindən və sərhəddən təxminən 700 metr məsafədə yerləşən anklavın bütün məskunlaşdığı ərazilərdən qoşunlarını çıxaracaq. Yalnız məsafənin 400 metr olacağı beş konkret sahə istisna olmaqla.

İsrail ordusu da Filadelfiya dəhlizindəki mövcudluğunu azaldacaq və sonra ilk 50 gün ərzində onu tamamilə tərk edəcək. Təl-Əviv razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra Rəfah sərhəd keçid məntəqəsini açmağa razılaşıb və sazişə ilk mərhələdə vasitəçilərin nəzarəti altında humanitar yardımla bağlı protokol daxil olacaq.

İsrailin dərhal keçiddən humanitar yardım daşımağa başlaması üçün hazırlıqlara başlaması gözlənilir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Gürcüstan regionda sülhün tərəfdarıdır – Nazir
Sonrakı: Bakıda 6 kiloqramlıq körpə doğuldu – FOTO

Bölmənin digər xəbərləri

6acdd733b7edbM
  • Gündəm

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB

Cavidan 13 Oktyabr, 2026
2H9SvDe4VDeI v
  • Dünya

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Cavidan 13 Oktyabr, 2026
EhCcDGqqS v
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Alış-veriş Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health Inspiration4 Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Starlink Mobile Stories Süni intellekt Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 264)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (7)

Xəbər Trendi

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB 6acdd733b7edbM 1
  • Gündəm

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB

13 Oktyabr, 2026
İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir – Pezeşkian 2
  • Cəmiyyət

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir – Pezeşkian

13 Oktyabr, 2026
Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi 3
  • Texnologiya

Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi

13 Oktyabr, 2026
Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib 4
  • Texnologiya

Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib

13 Oktyabr, 2026
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub prezdent 5
  • Cəmiyyət

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3264) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (235) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (7) İdman (246) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 3
  • 87
  • 83
  • 4. 554

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.