Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 068)
  • Dünya (3. 261)
  • Gündəm (11. 393)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Tehranın “yanacaq oyunu”nun səbəbi – İrəvanın hədəfi – ŞƏRH

Regionun iki böyük dövləti Türkiyə və İran arasında uzun illərə dayanan dostluq, qardaşlıq və diplomatik əlaqələr mövcuddur. Eyni
Cavidan 9 Yanvar, 2025

Regionun iki böyük dövləti Türkiyə və İran arasında uzun illərə dayanan dostluq, qardaşlıq və diplomatik əlaqələr mövcuddur. Eyni zamanda iki ölkə arasında iqtisadi və ticari sahədə də əlaqələr günü-gündən inkişaf edir.

Təsadüfi deyil ki, uzun illər sanksiya altında olan İranın məhz xarici ticarət partnyorlarından biri də Türkiyədir. Ötən illərə qədər iki ölkə arasında xarici ticarət dövriyyəsi 25 milyard dollar olsa da, qarşıya qoyulan hədəf bu rəqəmi 30 milyard dollara çatdırmaq olub. Amma son günlər İranla Türkiyə sərhədində yaşananlar bu xarici ticarətə zərbə vurmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərdə də sərinliyin yaranmasına səbəb ola bilər.

Məsələ ondadır ki, yeni yanacaq vergisi qanununa görə İrana məxsus yük maşınları Türkiyə sərhədində qalıb. Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra Tehranla Ankara arasındakı münasibətlərdə soyuqluq yaranmağa başlamışdı. Məlum Suriya hadisələrindən sonra isə qarşılıqlı olaraq yol nəqliyyat sektorunda tədbirlər görüldü və nəticədə sürücülər, xüsusən də yük maşın sürücüləri üçün yeni çətinliklər yarandı. Bildirilir ki, artıq minlərlə yük maşını sərhəddə dayanıb problemin həllini gözləyir. Rəsmi Ankara İranın yeni layihəsinə cavab olaraq tranzit yük maşını sürücüləri üçün yanacaq vergisi azadlığını ləğv etdikdən sonra mindən çox yük maşını İranı Türkiyə ilə birləşdirən Gürbulak Sərhəd Qapısı ilə üzbəüz Bazarqan Sərhəd Qapısında gözləməyə başlayıb.

Yeni qaydalara görə, İran nömrəli maşınlar Türkiyə sərhədini keçdikdən sonra yanacaq çəni tutumuna görə əlavə vergi ödəməlidirlər. Bununla yanaşı, sərnişin avtobuslarından belə bir ödəniş tələb edilmir. İran tərəfi bu dəfə də Türkiyə nömrəli yük maşınlarına dizel yanacağının satışını dayandırıb. Bu da türk sürücülər üçün əlavə problem yaradıb. Bəs məsələnin kökü nədir? Niyə yanacaq qalmaqalı minlərlə yük maşınının sərhəddə yığılmasına səbəb olub?

Əslində problemin kökü Suriya məsələsidir. Tehran hələ də Bəşər Əsədin devrilməsini həzm edə bilmir. Bu səbəbdən də Ankara ilə münasibətlərdə əlində olan yeganə rıçaqdan, dizel yanacağı qiymətindən istifadə edir. İran bilindiyi kimi enerji resursları ilə zəngindir və onu subsiyalaşdırmağa çalışır. Məsələni həll etmək üçün isə hökumət tərəfindən müxtəlif tədbirlər görülür. Məsələn, qanunlara görə, İran ərazisindən keçən yük maşınları yanacağı yerli qiymətlərlə əldə edə bilməzlər. Xarici sürücülərə başqa qiymətlər tətbiq edilir. Elə Ermənistanla İran arasında olan narazılıqlardan biri də bununla bağlıdır. İrəvan dəfələrlə müraciət etsə də, erməni sürücülərə İran ərazisində yanacaq iranlılara satılan qiymətə satılmır. Bundan əlavə, bu yaxınlarda hökumət tərəfindən “dolu çən” layihəsinə start verilib.

Bu o deməkdir ki, İrandan çıxan həm yerli, həm də xarici yük maşınları ya yanacaq çənini tam doldurmalı, ya da mütənasib məbləğ ödəməlidir. Bu məbləğ isə subsidiya olunmayan qiymətlərlə ödəməlidir. Belə bir layihənin tətbiqi isə daha çox türk sürücülərini çətin vəziyyətə salıb. Belə ki, layihəyə əsasən, İran ərazisində hərəkət edən yük maşınları ancaq sərhəddən çıxarkən yanacaq çənlərini bir neçə dəfə baha qiymətə doldurmalıdırlar. Bu isə yük maşını sürücülərinin xərcinin kifayət qədər artmasına, narazılıqların yaranmasına səbəb olub. Bildirilir ki, ölkəyə daxil olan yük maşınları boş çənlə giriş etməli, çıxarkən isə dolu çənlə çıxış etməlidirlər. Bu səbəbdən də gömrüklərdə dizel yanacağının qiyməti bir neçə dəfə artıb.

Qeyd etmək yerinə düşər ki, bu layihənin tətbiqi ilk olaraq erməni yük maşını sürücülərinə tətbiq edilib və kifayət qədər ciddi narazılığa səbəb olmuşdu. Bu məsələ ilə bağlı noyabrın sonlarından erməni KİV-də məqalələr dərc edilir, hökumətdən məsələnin həlli tələb edilirdi. Nəzərə almaq lazımdır ki, bir yük maşınının yanacaq çəni orta hesabla 500 litr yanacaq tutur. Bu zaman əlavə ödəniləcək məbləği də hesablamaq asandır.

Bu səbəbdən də Türkiyə tərəfi adekvat addım ataraq, İran yük maşınlarına tətbiq edilən xüsusi imtiyazı ləğv edib. Bu qərardan sonra isə İran nömrəli yük maşınları hər litr yanacaq üçün 29 türk lirəsi ödəmək məcburiyyətində qalıblar. Yanacaq çəninin 500-1000 litr tutumlu olduğunu nəzərə alsaq, sürücülərin ödəməli olduğu məbləğin kifayət qədər yüksək olduğunu anlayarıq.

Hazırda İran və Türkiyə arasında dizel yanacağına görə baş verən qalmaqal hər iki ölkə mətbuatında ciddi şəkildə müzakirələrə səbəb olub. İran rəsmiləri “dolu çən” layihəsini guya qaçaqmalçılığın qarşısını almaq üçün tətbiq etdiklərini bildiriblər. Amma bir sıra məmurlar isə məsələnin ölkənin ixrac potensialına zərbə vurduğu fikrindədirlər. Bu barədə İran KİV-də kifayət qədər məqalə dərc edilib.

İşin maraqlı tərəfi odur ki, hər məsələdə özünü ortaya atan, qazanda bişəndən xəbəri olmadığı halda “bir çömçə də mənə ver” prinsipini rəhbər tutan Ermənistan rəsmiləri bu işdən faydalanmağa, İran-Türkiyə münasibətlərini qızışdırmağa çalışıblar. Məsələn, erməni mətbuatında artıq iki gündür məsələnin kökünün Zəngəzur dəhlizi olduğu qeyd edilir. Guya, İran tərəfi Zəngəzur dəhlizi layihəsinə qarşı olaraq, Türkiyəyə qarşı belə bir addım atıb. Bir müddət əvvəl türkiyəli rəsmi Uraloğlunun Zəngəzur dəhlizi ilə bağlı açıqlamasının rəsmi Tehranda qəzəbə səbəb olduğu barədə əsassız iddialar tirajlanır. Eyni zamanda, İrana təklif edilir ki, Türkiyə əvəzinə Ermənistanı seçsin. Bu isə absurd və mənasız bir təklifdir. Çünki ilk olaraq, Ermənistanın Türkiyə kimi minlərlə yük maşınının keçidini təmin edə biləcək infrastrukturu yoxdur. İkincisi, Ermənistanın birbaşa Qara dənizə çıxışı yoxdur və bu yol üçün İran yük maşınları əlavə olaraq Gürcüstandan da keçərək, Qara dənizə çata bilərlər. Ermənistanda yol infrastrukturunun buna münasib olmaması, Gürcüstanda əlavə tranzit keçid ödənişinin edilməsi də İran üçün sərfəli deyil. Üçüncüsü, tətbiq edilən qaydalar elə erməni sürücülərə də aid olduğu üçün və zaman-zaman Ermənistandan olan sahibkarların İranla bağlı, xüsusən də dizel qiyməti ilə bağlı şikayətlərini də nəzərə alsaq, layihə beşikdəcə ölümə məhkumdur.

Bununla belə, ehtimal etmək olar ki, yaxın günlərdə Tehranla Ankara arasında məsələ ilə bağlı müzakirələr intensivləşəcək və problem həll ediləcək. Bununla da tərəflər qarşılıqlı şəkildə imtiyazları yenidən qüvvəyə mindirəcəklər. Bu işdə əsas maraqlı tərəf İrandır. Çünki Qərbin sanksiyaları altında olan bir ölkə oturduğu budağı baltalamaqdansa, adekvat addımlar atmalı, Türkiyə kimi nəhəng dövlətə qarşı bütün addımlarını ölçüb-biçməlidir. Əgər iki ölkə arasında reallaşan ticari əlaqələri və gün ərzində yüzlərlə yük maşınının keçidini nəzərə alsaq, qısa zamanda problemin həll ediləcəyini düşünmək olar.(Report)

Continue Reading

Previous: “Qarabağ” bu gün yoxlama oyununda “Kəpəz”lə üz-üzə gələcək
Next: Mərhum şahmatçı Vüqar Həşimovun atası ilə vida mərasimi keçirilib

Bölmənin digər xəbərləri

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub
  • Cəmiyyət

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub

12 Mart, 2026
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
  • Cəmiyyət

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

12 Mart, 2026
Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi
  • Gündəm

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

12 Mart, 2026

Top 7 Xəbər

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub 1

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub

12 Mart, 2026
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib 2

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

12 Mart, 2026
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub 3

Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub

12 Mart, 2026
Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH 4

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH

12 Mart, 2026
Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 5

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

12 Mart, 2026
İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib 6

İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib

12 Mart, 2026
Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 7

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

12 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 068)
  • Dünya (3. 261)
  • Gündəm (11. 393)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9068) Dünya (3261) Gündəm (11393) Kateqoriyasızlar (472) Kriminal (1349) Mədəniyyət (338) Siyasət (2965) Texnologiya (14) İdman (635) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub 12 Mart, 2026
  • Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib 12 Mart, 2026
  • Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub 12 Mart, 2026
  • Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH 12 Mart, 2026
  • Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 12 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.