Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • İslam dünyasında dəstəklənməyən Tehran – səhvlərini təkrarlayan İran – ANALİZ
  • Gündəm
  • Siyasət

İslam dünyasında dəstəklənməyən Tehran – səhvlərini təkrarlayan İran – ANALİZ

İrandakı hakimiyyət müsəlman dövlətləri tərəfindən nə dəstəklənir, nə də müdafiə olunur. Çünki o, islam dünyasında daim ayrı-seçkilik edir.
Cavidan 8 Yanvar, 2025
f011f444-c812-4833-8508-5b991c1eb612_850

İrandakı hakimiyyət müsəlman dövlətləri tərəfindən nə dəstəklənir, nə də müdafiə olunur. Çünki o, islam dünyasında daim ayrı-seçkilik edir. Yaxud, özünün siyasi-ideoloji maraqlarını üstün tutur. Bu da nəticədə beynəlxalq miqyasda Tehran hakimiyyətinin tək qalması ilə sonuclanır.

Müstəqilliyini bərpa edəndən İslam Respublikası Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Fürsət düşəndə isə ona zərbə endirib.

Tehranın kəmfürsət əməllərinin sayını sadalamaqla bitməz. Suriyada baş verənlərin fonunda İranın anti-Azərbaycan, anti-Türkiyə, təriqətlərarası münasibətləri qızışdırmaqla bağlı bəzi faktları xatırlatmaq yerinə düşər:

– Şuşanın işğalında Tehran hakimiyyətinin rolu;

– Azərbaycan torpaqlarını işğal edən Ermənistana yanacaq, ərzaq və başqa yardımların edilməsi;

– İrana aid şirkətlərin Qarabağda separatçılar və terrorçularla birgə fəaliyyəti;

– 80-dən çox İran şirkətinin separatçılar tərəfindən “qeydiyyat”a alınması;

– işğal altında olan ərazilərdə bütün növ binaların sökülməsində, dağıdılmasında ermənilərlə birgə fəaliyyət göstərməsi;

– nəzarətdən kənar qalan Azərbaycan torpaqlarında separatçılarla birgə narkotik bitkilərin yetişdirilməsi, narkotik maddələrin qanunsuz yolla yayılması;

– Tarixi, dini abidələrin dağıdılmasına göz yumması;

– İrəvanda Göy məscidin və başqa abidələrin “fars mədəni irsi” kimi təqdimatına imkan verməsi;

– Birinci və İkinci Qarabağ müharibəsində erməni terrorçularla İran xüsusi xidmət orqanlarının əməkdaşlığı (ASALA-nın rəhbərlərindən biri olmuş beynəlxalq terrorçu Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşü);

– 44 günlük müharibə zamanı Ermənistana hərbi texnika və avadanlığın İran ərazisindən ötürülməsi;

– bu müharibə zamanı və ondan sonra Azərbaycana qarşı təbliğat aparılması;

– Azərbaycan cəmiyyətini parçalamaq cəhdləri;

– Ayətullah Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejatın Azərbaycan Respublikasında beşinci kolon yaratmaq istiqamətində fəaliyyəti;

– Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da erməni separatizmini müdafiə etməsi;

– Zəngəzur yolunun açılmasına süni maneələr yaratması;

– Tehranın Bakıdakı səfirliyinin terror fəaliyyətinin ifşası;

– Azərbaycanın bu qonşu ölkədəki səfirliyinə terror hücumu və cinayətkarların hələ də cəzalanmaması;

– İranın COP-29 beynəlxalq iqlim konfransında hökumət başçısı səviyyəsində təmsil olunmaması (bununla Ermənistan və Fransa kimi davranıb);

– Yaxın Şərqdəki hadisələrlə bağlı Azərbaycan və Türkiyəni yersiz, əsassız ittiham etməsi;

– Ərdəbilin cümə imamı höccətülislam Həsən Amulinin Azərbaycan, Türkiyə əleyhinə təbliğat təşkil etməsi və s.

Seyid Əli Xaməneinin xüsusi nümayəndəsinin təşkil etdiyi tədbir müsəlman dünyasına, onun birliyinə zərb vurmaq cəhdidir. Bir neçə ay öncə İran rəsmiləri müsəlman birliyindən danışır, onları “ittihada” çağırırdı. Ancaq həmin çıxışlardan heç 40 gün keçməmiş təriqətlərarası qarşıdurma yaratmağa çalışıblar. Amuli Tehran hakimiyyətinin tərənnümçüsüdür. Bununla İranın islam birliyinə maneə olduğu da təsdiqlənir.

İslam Respublikası rəhbərliyi Qəzza zolağı, Livan və Suriyadakı uğursuzluqlarını qəbul edə bilmir. Bu cəbhələrdə dostları Çin və Rusiya İrandan imtina edib. Həmin məsələdə heç bir müsəlman dövləti onu müdafiə etmədi, çağırışlarına belə qoşulmadı. Göründüyü kimi, Tehran apardığı hikkəli siyasəti ilə təklənib. Belə bir şəraitdə isə pozuculuq fəaliyyəti ilə məşğul olmağa üstünlük verib. Amuli də bu işdə əsas rollardan birini oynayıb.

Tehran hakimiyyəti vədinə də xilaf çıxıb. O, Azərbaycana verdiyi sözə bir ildən artıqdır əməl etmir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu törədənin hələ də cəzalanmadığını vurğulayaraq deyib:

“İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək”.

Ancaq indiyədək İslam Respublikası bu vədinə əmələ etməyib.

Amuli qurduğu anti-Azərbaycan, anti-Türkiyə, anti-islam məclisində özünün və təmsil etdiyi hakimiyyətin də əxlaqını, tərbiyəsini nümayiş etdirib. Dövlət başçısı onlara cavab olaraq deyib: “Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, – yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, – təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir”.

Amuli əvvəllər də Azərbaycana qarşı çıxışlar edib. O iddia edirdi ki, Azərbaycan torpaqlarını heç vaxt işğaldan azad edə bilməyəcək. Ancaq Azərbaycan Qarabağı və ətraf bölgələri işğaldan təmizlədikdən sonra o, iddia etdi ki, guya Qarabağın işğaldan azad edilməsi ilə bağlı Xamənei fətva verib. Yeri gəlmişkən, bu yalanın yayılmasına o vaxt Azərbaycandakı bəzi din xadimləri də başçılıq edirdi.

O, İmam Hüseyninin (Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin ikinci oğlu) şəhid olmasının rəmzi 40 mərasimindəki çıxışında tarixi hadisələri təhrif edərək Azərbaycan və Türkiyə arasında ixtilaf salmağa səy göstərib. O, guya “Şah İsmayılın Anadolu müftiləri tərəfindən təhqir edildiyini” iddia etməklə təmsil etdiyi rejimin islam dinində bölücü olduğunu növbəti dəfə göstərmişdi.

İran rəhbərliyi Suriyadakı müvəqqəti hakimiyyəti qəbul edə bilmir. Yeni qüvvələrə qarşı yeni “müqavimət hərəkatının” başladığını iddia edir. Dəməşqin hazırkı baş təmsilçisi Əhməd əş-Şəra Tehrandakı rejim barədə bunları deyib: “İranın təsiri altında olan bütün ölkələr məzhəb gərginliyi və vətəndaş müharibəsi yaşayır”.

O, “Əl-Ərəbiyyə”yə müsahibəsində vurğulayıb ki, İraq, Livan və Suriya da daxil olmaqla İranın nüfuz sahibi olduğu hər ölkədə “çox geniş miqyasda məzhəblərarası gərginlik baş verir. Bu isə vətəndaş müharibəsinə gətirib çıxarır”.

Əhməd əş-Şəra İran hakimiyyətini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda da ittiham edib: “İran İslam Respublikasının təsiri altında olan ölkələr “captagon” kimi narkotik maddələr istehsal edərək bütün regiona və dünyaya yayır”.

İran hakimiyyəti islam dünyası üçün xoşagəlməz örnəyə çevrilib. O, günahların etirafını, bağışlanmasını, tövbəni təbliğ etsə də, Azərbaycan əleyhinə fəaliyyətinə, çıxışlarına görə bir dəfə də olsun üzr istəməyib. Üzr istəmək yanlışlıqları aradan qaldırmaq üçün tərbiyəli əməldir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəlib. Bunu Tehran hakimiyyətinin etiraf səfəri kimi də dəyərləndirmək olar. Hələ ki vəziyyət dəyişməyib.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb
Sonrakı: Bələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb

Bölmənin digər xəbərləri

6acdd733b7edbM
  • Gündəm

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB

Cavidan 13 Oktyabr, 2026
2H9SvDe4VDeI v
  • Dünya

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Cavidan 13 Oktyabr, 2026
EhCcDGqqS v
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 267)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

Professor Tərlan Quliyev vəfat edib 6ace27f4e7ed26ace27f4e7eb(2) 1
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr, 2026
FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 2
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 3
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 4
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026
AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı 5
  • Texnologiya

AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3267) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 1
  • 130
  • 121
  • 4. 597

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.