Skip to content
31 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Blinken: Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib
  • Kateqoriyasızlar

Blinken: Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib

ABŞ Qərb ölkələri ilə Rusiya arasında nüvə münaqişəsi riskinin istənilən artımını son dərəcə təhlükəli hesab edir. Bu barədə
Cavidan 4 Yanvar, 2025
1720d7fe-4dec-3679-b231-9df8e0c2f90e_850

ABŞ Qərb ölkələri ilə Rusiya arasında nüvə münaqişəsi riskinin istənilən artımını son dərəcə təhlükəli hesab edir.

Bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə imkanını nəzərdən keçirə biləcəyini düşündüyündən Moskvanın nüvə ritorikasından son dərəcə narahat olub.

“Bu ehtimal 5 faizdən 15 faizə qədər artsa belə, təhlükədir. Nüvə silahından danışırıq, bundan daha ciddi bir şey yoxdur” – Blinken deyib və əlavə edib ki, Pekinin siyasəti çox güman ki, Ukraynadakı münaqişədə nüvə silahından istifadə təhlükəsini azaltmağa kömək edib.

“Çinin Rusiya ilə əlaqə saxladığını və bunu etməməsi barədə xəbərdarlıq etdiyini düşünməyimiz üçün əsasımız var. Pekin Vaşinqtonun onlara Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi planlaşdıra biləcəyi barədə məlumat verməsindən sonra da mövqeyini Moskvaya çatdırmış ola bilər”, – o vurğulayıb.

ABŞ-Çin münasibətlərinin dinamikasından danışan Blinken Çini “bir əlində iki qarpız saxlamaq”da ittiham edib, Pekinin Qərblə sıx ticarət əlaqələri saxlamaqla bərabər, Qərb ölkələrinin etirazlarına baxmayaraq, Rusiyanı ikili təyinatlı mallarla təmin etdiyini söyləyib.

“Pekinə qarşı sanksiya siyasətindən dərhal effekt olmayacaq. Amma düşünürəm ki, Çinin mövqeyi getdikcə daha da çətinləşir. Çin elitasına qarşı atdığımız addımları qətiyyən bəyənmirlər. Düşünürəm ki, lazım gələrsə, növbəti addımlar da atılacaq, ola bilsin, elə üzümüzə gələn həftələrdə”, – o əlavə edib.

Post navigation

Previous: Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Next: SEPAH İranın qərbində hərbi təlimlər keçirir

Bölmənin digər xəbərləri

6a920f89678VZ
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

Cavidan 29 Avqust, 2026
cSbeaGkhvXU090l4 v
  • Kateqoriyasızlar

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cavidan 28 Avqust, 2026
YI5ZNAG9DimuvThIs7zRId0h1AiPfO5V5tilcczq_1200
  • Kateqoriyasızlar

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 037)
  • Dünya (1. 038)
  • Gündəm (3. 328)
  • İdman (226)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (276)
  • Mədəniyyət (93)
  • Siyasət (403)
  • Texnologiya (15)

Xəbər Trendi

Əli Əsədov Oljas Bektenovu təbrik edib 15fc v 1
  • Cəmiyyət

Əli Əsədov Oljas Bektenovu təbrik edib

31 Avqust, 2026
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq gorus 2
  • Siyasət

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

31 Avqust, 2026
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər ZnscHtHvcMX6 cc 3
  • Cəmiyyət

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

31 Avqust, 2026
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib vcrMyLIl9JHkUe v 4
  • Siyasət

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

31 Avqust, 2026
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ mvJ2yXp0vI5lPRfK v 5
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

31 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3037) Dünya (1038) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (276) Mədəniyyət (93) Siyasət (403) Texnologiya (15) İdman (226) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.