Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • General Polad Həşimovun doğum günüdür
  • Cəmiyyət
  • Gündəm

General Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Polad Həşimovun dünyaya gəlişindən 50 il ötür.
Cavidan 2 Yanvar, 2025
polad (2)

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Polad Həşimovun dünyaya gəlişindən 50 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Sonrakı: Nyu-Yorkda atışma zamanı bir neçə nəfər xəsarət alıb

Bölmənin digər xəbərləri

prezdent
  • Cəmiyyət

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Cavidan 13 Oktyabr, 2026
iBCSAUavIXAKjrYH n_1200
  • Cəmiyyət

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

Cavidan 13 Oktyabr, 2026
2H9SvDe4VDeI v
  • Dünya

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Alış-veriş Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health Inspiration4 Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Starlink Mobile Stories Süni intellekt Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 263)
  • Dünya (1. 082)
  • Gündəm (3. 455)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (299)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (7)

Xəbər Trendi

Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi 1
  • Texnologiya

Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi

13 Oktyabr, 2026
Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib 2
  • Texnologiya

Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib

13 Oktyabr, 2026
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub prezdent 3
  • Cəmiyyət

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr, 2026
NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub iBCSAUavIXAKjrYH n_1200 4
  • Cəmiyyət

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

13 Oktyabr, 2026
Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var 2H9SvDe4VDeI v 5
  • Dünya

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3263) Dünya (1082) Gündəm (3455) Kateqoriyasızlar (235) Kriminal (299) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (7) İdman (246) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 75
  • 71
  • 4. 542

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.