Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Aİ-95 benzininin qiymətini dövlət tənzimləyəcək
  • Cəmiyyət
  • Gündəm

Aİ-95 benzininin qiymətini dövlət tənzimləyəcək

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti də tənzimlənən qiymətlərə daxil ediləcək.  Bu barədə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf
Cavidan 19 Noyabr, 2024
benzin

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti də tənzimlənən qiymətlərə daxil ediləcək. 

Bu barədə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinə münasibət bildirərkən danışıb.

O qeyd edib ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.

“Lakin hələ ki, Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib. Qiyməti tənzimlənməyən enerji resursları, mühərrik yanacağı, Aİ-95 və Aİ-98 yanacağının qiyməti tənzimlənmir, ancaq onların istehsalı nəticəsində təbiətə ziyan dəyir.

Qanuna təklif edilən dəyişikliklərə əsasən, qiymətləri tənzimlənməyən məhsuların da fonda köçürmələri cəlb edilə bilər. Qərara gəldik ki, bunun enerji məhsullarının satışından əldə edilən gəlir kimi yazılması daha aydın və əlavə sual yaratmayacaq. Beləliklə, bu məhsulların satışından əldə edilən vəsait də fonda cəlb ediləcək”, deyə şöbə müdiri qeyd edib. 

Rauf Qurbanovun sözlərinə görə, Aİ-95 də yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən sözügedən siyahıya salınacaq.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Sosial yardım nə qədər artırılacaq? – Rəqəmlər
Next: Keçmiş məcburi köçkünlərə büdcədən bu qədər vəsait ayrılacaq

Bölmənin digər xəbərləri

6a427bb62db0e6a v
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

Cavidan 29 İyun, 2026
6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.