Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ərdoğan Əliyevi təbrik etdi
  • Cəmiyyət
  • Gündəm

Ərdoğan Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Cənab Prezident, Əziz Qardaşım.
Cavidan 8 Noyabr, 2024
1608805767_1599286635_ilham-eliyev-erdoqan1__2_

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Qədim Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-aliniz başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarıma ən səmimi təbriklərimi çatdırıram.

Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün qürur və ilham mənbəyi olmuşdur. Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim torpaqlarda 30 ildən sonra ilk dəfə bu il parlament seçkilərinin keçirilməsi də bizi sevindirmişdir.

Şuşa Bəyannaməsi ilə taclanan, “Bir millət, iki dövlət” şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram.

Azadlıq uğrunda şəhid olan qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edirəm. Qazilərimizə də minnətdarlığımı ifadə edirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi ilə can Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bir daha bildirirəm.

Zəfəriniz mübarək və əbədi olsun!”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanı təbrik etdilər
Next: Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-29 133228
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 120518
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 113529
  • Cəmiyyət

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 657)
  • Dünya (3. 424)
  • Gündəm (11. 906)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb Screenshot 2026-06-29 133228 1
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

29 İyun, 2026
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər Screenshot 2026-06-29 125244 2
  • İdman

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

29 İyun, 2026
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib Screenshot 2026-06-29 120518 3
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

29 İyun, 2026
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil Screenshot 2026-06-29 113529 4
  • Cəmiyyət

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

29 İyun, 2026
Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur” Screenshot 2026-06-29 103851 5
  • Cəmiyyət

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9657) Dünya (3424) Gündəm (11906) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.